Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi

Böyük Britaniyanın Azərbaycana təyin olunan yeni səfiri Duncan Norman ölkəyə gəlib.
     Qaynarinfo xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.

    
"Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlmək çox qürurverici bir hissdir. Sizlərlə tanış olub, birlikdə çalışmağı səbirsizliklə gözləyirəm", deyə o qeyd edib.
 
    Qeyd edək ki, Böyük Britaniya səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti mayın 22-də başa çatıb.