Ümummilli liderimizin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anırıq


Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin bu il anadan olmasının 100 ili tamam olur. Zaman keçdikcə Heydər Əliyev dühasının əzəməti, böyüklüyü, xalqımız və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Dahi, fenomen şəxsiyyət Heydər Əliyev adını, imzasını  Azərbaycan xalqının tarixinə əbədi olaraq yazdırıb. Onun millət, Vətən, dövlət üçün göstərdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb. Məhz bu siyasətin nəticəsində Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb. Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dəvlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. 

Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək demişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik". 

Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində, böyük xidmətlər göstərmiş Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərakatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O, 1969-cu ildə – respublikamıza ilk dəfə rəhbər təyin olunanda qadın problemləri, qadınların inkişafı, onların irəli çəkilməsi haqqında dünya miqyasında söhbət gedirdi. Elə həmin dövrdə Heydər Əliyev cənabları qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlamışdı. O dövrdə nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi. Ümummilli liderimiz hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsinə, qadınların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında səyini əsirgəməmişdi. Həmin illərdə neçə-neçə qadın “Sosialist Əməyi Qəhrəmanı”, “Qəhrəman ana” fəxri adları almışdı. Bütün bunlar ölkə başçısının xalqına göstərdiyi sonsuz diqqət və qayğının nəticəsi idi.

         Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə dövlət qadın siyasəti daha da möhkəmlənmişdir. 1995-ci ildə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin təsbiti xalqımızın ümummilli lideri Heydər Əliyevin qadın hüquqlarına diqqət və qayğısını təzahür etdirir. Məhz ümummilli liderimiz Heydər Əliyev qadın əməyi, qadın fəaliyyəti, onların cəmiyyətdə, ictimai və dövlət işlərində önə çəkilməsinə daim çox böyük qayğı ilə yanaşmış, respublika qadınlarının ilk milli Qurultayının keçirilməsinə birbaşa rəhbərlik etmişdir. Tariximizdə çox mühüm hadisə olan bu mötəbər Məclisdə ulu öndər Heydər Əliyev demişdir: “Mən sizə və sizin şəxsinizdə bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında,  dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxsən mənə dayaq olduğunuza görə Sizə təşəkkür edirəm, çox sağ olun, Sizə xoşbəxtlik, can sağlığı arzulayıram.” Bu, Azərbaycan qadınlarının   zəhmətinə verilən ən yüksək qiymətdir.  Məhz ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan BMT-nin “Qadınlara qarşı hər cür ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 2000-ci il 6 mart tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı ölkəmizdə qadın siyasətinin gerçəkləşməsinə xidmət eetmiş, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətləri tərəfindən ən yaxşı sənəd kimi qəbul olunub. 

Qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına, sosial müdafiəsinin gücləndirilməsinə, bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların dövlət qulluğunda irəli çəkilməsinə, o cümlədən rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasına diqqətin artırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.” Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil edir. Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə «…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» - demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. Heydər Əliyev 8 mart - Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...".


         Dahi siyasətçi Heydər Əliyev bütün varlığı, qəlbi, ruhu ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Ulu öndərin qəlbində ana təbiətin oyanışının, həyatın yenilənməsinin, ümidlərin, arzuların çiçəklənməsinin, insanlar arasında bərabərliyin, həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi vardı. 

Hər birimizin yaxşı yadındadır ki, Heydər Əliyev sağlığında bu əziz bay­ramda xalqın arasında olmaqdan son­suz qürur hissi duyar, bayram münasi­bətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edər, sadə insanlarlarla səmimi söhbətlər edərdi. Ulu öndər həmin sevincli anlarda qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüş­məkdən xüsusi zövq alardı. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi sayəsində milli adət və ənənələrmizə qaydışın təcəssümü, mədəniyyətimizin zəngin xəzinəsi olan bu milli bayramımızın tariximizin müxtəlif dövrlərində, sınaq dolu ağır günlərində belə hər birimizin qəlbində yaşadılıb. 

Ümummilli lider 2000-ci il martın 21-də Novruz bayramında son dərəcə parlaq, unudulmaz çıxışında deyibdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramı­dır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bay­ramlarıdır, bir qismi xalq, din bayram­larıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.

         Dahi siyasətçi həmin tarixi çıxışın­da Novruzun xalqımızın həyatında, məişət və mentalitetində dərin iz bu­raxdığını məxsusi qeyd edərək vur­ğulayıbdır: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayram­da siyasi baxışlarından, siyasi dün­yagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü gö­türsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevənlər də bayram edir, bir-birinə düşmən olan da. Amma bay­ramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlar­dan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür”. 

         Təsüdüfi deyil ki, Ümummilli liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır ?" - sualına Heydər Əliyev "Novruz !" demişdi. Novruz şənliklərində Heydər Əliyev şəxsən özü əhali ilə bayramlaşmağa çıxar, insanları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı. Heydər Əliyev azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı.  O, bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Novruz bayramının mənəviyyatımızdakı rolunu səciyyələndirən Heydər Əliyev demişdir: "Bu bayramın bizə bəxş etdiyi  ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır". Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndər  çıxışlarında belə söyləyirdi:  “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” 

         Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.  Məhz Ulu Öndərimizin səyi nəticəsində martın 20-si və 21-i  Novruz bayramı milli varlığımızın rəmzlərindən biri kimi bu gün qeyd olunur. Novruz bayramı keçmişlə gələcək arasında mənəvi bağdır. Bayramın mahiyyətini ifadə edən sülh, quruculuq və həmrəylik məfkurəsi Azərbaycan xalqının milli ruhunun və yaddaşının təzahürü, müstəqilliyimizin və dövlətçiliyimizin təntənəsidir. 

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də, məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır.

Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə etməkdədir. 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Soyqırımına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. 31 mart soyqırımı ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Tarixə mart soyqırımı kimi düşən bu hadisə uzun illər öz siyasi, tarixi, hüquqi qiymətini almayan bir soyqırım hadisəsi olub. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. bu siyasi-hüquqi qiymətləndirmə xalqımızın başına gətirilən faciələrin həqiqi tərəflərinin dünya ictimaiyyəti tərəfindən tanıdılmasında mühüm rol oynayır və artıq digər dövlətlər bu tarixi-siyasi olayları dərk edir.  Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ermənilərin xalqımıza qarşı törətdiyi Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır.Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
 31 Mart soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur.

Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Fərman imzalandığı tarixdən etibarən hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və hər azərbaycanlı tərəfindən soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır. XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara Ulu Öndər tərəfindən siyasi qiymətin verilməsi milli yaddaşın möhkəmləndirilməsində böyük rol oynayıb.

Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir. 


               
Ümummilli lider Heydər Əliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların ölkə hüdudlarından kənarda tanıdılmasında göstərdiyi misilsiz xidmətləri də danılmazdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanını əldə etməsi məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almışdı. 


2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Heydər Əliyevin xalqımızın tərəqqi­sinə xidmət edən ölməz ideyaları bu gün də bizimlədir, onlar bizi daha güclü və həmrəy olmağa səsləyir.   

2023-cü ilin Azərbaycanda ölkə başçısının sərəncamı ilə “Heydər Əliyev İli” elan edilməsi Ulu öndərin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir.

“Heydər Əliyev İli”  milli-mənəvi dəyərlərimizə, xalqımızın birliyinə, həmrəyliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə çox yüksək önəm verən dahi şəxsiyyətə ümumxalq ehtiramınının bariz nümunəsidir.  Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Hər birimiz onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anırıq. Hər birimiz Ulu öndərin dediyi kimi, azərbaycanlı olmağımızla qürur duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün bütün səylərimizi səfərbər etməliyik.


Təranə Novruzova

Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi