ABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu təsdiqlədi
18-mar, 09:37 144 Dünya
“ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. Həmçinin Vaşinqton Kiyevi hərbi yardımla təmin etməyə davam edəcək”.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç bildirib.
“Bizdə təsdiqlənmiş məlumatlar var. Yardım Ukraynaya gedir”, - Qrinkeviç deyib.
O əlavə edib ki, hər gün kəşfiyyat məlumatı paylaşılır.





