ETİBARLI OLMAĞIN TƏK ÜNVANI – VİCDAN VƏ İMAN
29-mar, 14:41 206 Gündəm"HEYDƏR ƏLİYEV-100"
Yüksək peşəkarlıq və aydın vətəndaş mövqeyi
“Embawood” şirkətlər qrupu 27 illik inkişaf yolu – keyfiyyətli məhsul, məmnun müştəri...
Həyatda şərəf və şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir!
Ulu Öndər Heydər Əliyev
Səndən hərəkət, keyfiyyət bir müştəri olaraq məndən halallıq və daimi qarşılılıq. Bu gün bütün dünya bu standartla işləyir. Keyfiyyətli məhsulun qarşılığı olaraq daimi və məmnun müştəri qazanmaq prinsipi ilə. Bu istehsalın ən ümdə devizi və letmotivi olmalıdır. Belə olmasaydı nəsildən-nəsilə keçən brend markaları yaranmaz, ömürləri qısa və unudulan olardı. Bu gün vətənimiz Azərbaycan hər sahədə olduğu kimi sahibkarlıq sferasında da böyük inkişaf və intibah dövrünü yaşayır. Biz hər sahədə olduğu kimi sahibkarlıq sahəsində də dünyaya meydan oxumağı bacaran dövlət olduğumuzu sübut etməyi bacardıq. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan kiçik və böyük sahibkarlıq bir məqsəd və mərama xidmət etməyə başladı. Səriştən var, özünə güvənin necə? Varsa buyur gəl, yol və yer sənindi. Hər bir başlanan işin mayasında halallıq və sevgi dayanarsa həmin işin sonu işıqlı, ömrü uzun olar.
Bunu 1996-cı ildən bünövrəsi qoyulan “Embawood” şirkətlər qrupu haqqında söyləmək olar. İslami, dini inancı olan bir dövlət olaraq istehsalda halallıq Azərbaycan üçün birmənalı qəbul olunmur. İstehsal sahəsi həm böyük məsuliyyət, həm də böyük incəlik tələb edir. Halallıq istehsalın aparıcı xəttinə çevrilməlidi. Azərbaycanda brendə çevrilən bir neçə istehsal, istər sənaye, istər qida məhsulları istehsalı sənayesi var ki, onlardan birincisi “Embawood” şirkətlər qrupudu. Mövcudluğunun 27 ilini qeyd edən bu şirkət bu gün özünün rəqabət meydanında dayanıqlılığının əsas səbəbi olaraq halallıqdan və ondan doğan keyfiyyətdən götürdüyü startı bu günə qədər əzmlə davam etdirir. “Embawood” brendi ilə müştərilərinin məmnunluğunu, bu məmnunluqdan doğan sevinci və sevgini qazanmaqla bazara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını almaqda böyük inqilab etdi. Dünyanın ən böyük milyonçularından öz zəhməti ilə, bu milyonların sahibinə çevrilən, ən çox hörmət etdiyimiz Franklinin təəbirincə desək “Rahat yatmaq istəyirsənsə, yatağa təmiz vicdanla uzan” sözü müvəffəqiyyətli iş adamlarının loqosuna çevrilməlidi... Belə ki, şirkətin rəhbəri cənab Elşad Abbasov bunu bir iş adamı, bu ənənələrə sadiq qalan şəxsiyyət olaraq sübut etməyə çalışır. Elşad Abbasovun gərgin, şərəfli bir iş adamı olaraq qiyməti cənab Prezident İlham Əliyev tərəfindən hörmətlə tanınmışdır. Və Elşad müəllim, sahibkarlıq sferasında göstərdiyi ləyaqətli xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan dövlət müstəqilliyi son 32 il boyunca torpağımızı qorumaq, mənəvi həyatımızı qorumaq, qanunlar qəbul edib ölkəni bu qanunlarla idarə etmək, postsovet dövründən sonra çökmüş iqtisadiyyatı canlandırmaq, əhalini iş və çörəklə təmin etmək kimi böyük problemlərdən tutmuş, vətəndaşlıq şuurumuza, milli kimliyimizi dərk etmək səviyyəmizə, özümüzə, əməl, fəaliyyət missiyalarımızadək çox mürəkkəb və çətin sınaqlardan keçirdi bizi. Sovet rejimindən sonra fikir və vərdiş şablonlarını pozub yeni bir həyat sistemi qurmaq, üstəlik müharibə şəraitində son dərəcə çətin, amma son dərəcə şərəfli bir iş, müstəqilliyin sirayət etdiyi, tələb etdiyi azad, müstəqil sferalar gündəmə gəldi. Azərbaycan bu illər ərzində bütün qüsurlara və çətinliklərə baxmayaraq bu yolla gedir. Mürəkkəb və ziddiyyətli keçid dönəmində ağır yüklərdən biri də Ümummilli Lider Heydər Əliyevin bünövrəsini qoyduğu, yaratdığı özəl sektorun – sahibkarlıq sferasının üzərinə düşdü. Müstəqilliyimizin 32 ili ərzində həyatımız kimi özəl sektorlar da çox ələndi, çox təmizləndi. Dirəniş gətirənlər, zəhmət, əziyyətin, əngəllərin (təbii, süni) içindən fədakarcasına, peşəkarcasına keçənlər qaldı. Yunis Əmrə demiş: “Qalanlara salam olsun”.
Bu gün “salam” vermək istədiklərimizdən biri nəinki Azərbaycanda, ölkənin hüdudlarından kənarda belə ərsəyə gətirdiyi məhsullarla məşhurlaşan, müştəri inamı və sevgisi qazanan “EMBAWOOD” şirkətlər qrupudu. 1996-cı ildən Masallıdan bünövrəsini götürərək Azərbaycanı, sonra isə ölkənin xaricini istehsal etdiyi məhsullarla yaxşı mənada təəccübləndirən “EMBAWOOD” şirkətlər qrupu uzun illərin təcrübəsinə sığınaraq böyük inamı, müştəri etimadını gərgin zəhmətin hesabına qazanmışdır. Xalqın münasibəti rentgen kimidi. Hər şeyin içini göstərir. Həm də rentgendən fərqli olaraq fikirlərin, ruh aləminin içini göstərir. Burda müştəri gözündən yayınmağa yer yoxdur. Bir ifadə var, bütün dünya bu ifadəni şüar olaraq işlədir. “Müştəri həmişə haqlıdır”. Dəyişən və səbatsız dünya içində gedən mürəkkəb inkişaf prosesləri, dəblərin, zövqlərin, dünyagörüşlərinin müxtəlifliyi, dəyişməsi, təzadlılığı... Belə bir şəraitdə bu axını tutub onunla addımlamaq həddən artıq çətin və zəhmət tələb edən işdir. Xalqın, müştərinin maraqları baxımından istehsalı, strategiyanı incələmək və dəyərləndirmək çox çətindir. Burada yalnız peşəkarlıq yetərli deyil, dərin nəzəri hazırlıq, məntiq, fəhm və ardıcıl vətəndaşlıq mövqeyi tələb olunur. Məsuliyyət və həssaslıq şirkət üçün ən böyük xarakterik xüsusiyyətdir. Şirkətin fəaliyyət göstəricisi illər ərzində müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçməsi, arzulanan tərzi duya bilmək və seçmək bacarığı, formatı bu gün “EMBAWOOD” adlı bir brendin dünya bazarında layiqli sözünü deməyə, yerini göstərməyə yolunu açdı...
Azad rəqabətdən qələbəyə
“EMBAWOOD” şirkətlər qrupu kəmiyyəti keyfiyyət ölçüləri şəraitində qurub. Bu da onun ən böyük uğuru və uzun ömürlü olmasının ilkin göstəricisidi. “EMBAWOOD” şirkətinin əsas özəlliklərindən biri də, o istehsala bir yaradıcı incəliklə yanaşmasıdı. Bu isə xoşbəxtlik duyğusu yaradır.
Tarixə ekskurs...
1996-cı ildən iş adamı Elşad Abbasov tərəfindən qurulan “EMBAWOOD” şirkətlər qrupu böyük və nailiyyətli bir tarixi özündə ehtiva edir. Belə ki, bünövrəsi doğma yurddan (Masallıdan) başlayaraq uğurunun troyektoriyasını beynəlxalq səviyyəyə qaldıran bir şirkət olaraq bu gün qələbələri ilə fəxr etməlidi. Şirkət qradasiyaya qalxma əmsalı ilə işləmiş 1996-cı ildən 2017-ci ilədək qlobal uğurlara, qələbələrə imza atmışdır. Bütün bunlar hər bir sferada ardıcıl və sonsuz nailiyyətləri olan Azərbaycanımız üçün böyük göstəricidi. Bu inkişafın sübutu isə illərin uğurları və qələbələridir.
Zəruri giriş:
1996-cı il -Masallıda istehsalın qurulması;
2000-ci il - Xırdalanda ikinci fabrikin açılması;
2000-ci il - Ev mebeli ilə yanaşı İdeal Dizayn adlı ofis mebeli brendinin açılması;
2002-ci il - Embawood brendinin bazara çıxarılması;
2004-cü il - İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;
2005-ci il - Regional anbarların qurulması;
2006- cı il - Tiflis şəhərində daha bir fabrikin açılması,
2007-ci il - İlk mağazanın açılması, pərakəndə satışın əsasının qoyulması;
2008-ci il - Xarici bazarlarda bazar payının götürülməsi;
2009-cu il - MDB məkanında ilk EN standartları ilə fəaliyyət göstərən Keyfiyyət sınaq laboratoriyasının qurulması;
2010-cu il - Ukraynanın qərbində, Samborda fabrik açıldı
2010-cu il - İkinci ev mebeli brendi - Madeyranın, döşək brendi - Dolce Nochenin bazara çıxarılması
2011- ci il Embawood brendi rebranding etdi
2014 - ci il Qazaxıstan mebel fabrikinin açılması
2015- ci il OHSAS 18001 .2007 Ətraf mühit və təhlükəsizlik üzrə sertifikatın alınması
2015- ci il İSO 14001 .2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;
2015 - ci il Memarlıq və İnşaat üniveristeti ilə Embawood şirkəti arasında Memorandum imzalanması
2016- cı il Şirkət daxilində Müşahidə Şurasının Yaradılması. Şirkətin CEO tərəfində idarə edilməsi.
2017 - ci il Memarlıq və İnşaat üniversitetində Embawood emalatxanasının qurulması.
Missiya və Dəyərlər - ənənəyə çevrilmiş nümunəvi xidmət
“Missiyamız — İnsanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etməkdir.
Biz insanlara inam və əminlik veririk, onların həyatını daha rahat və zövqlü edirik, onların məqsəd və arzularını reallaşdırırıq. Biz dünyanın ən yaxşı şirkətlərindən birini qururuq. Bizim müvəffəqiyyətimiz əməkdaşlarımızın professionallığı və xoşbəxtliyinə əsaslanır . Bizim missiya fəaliyyət gostərdiyimiz hər bir ölkənin iqtisadiyyatında önəmli yer tutaraq, cəmiyyətdə inamı, etibarı və stabilliyi saxlamaqdır. Bir təşkilat kimi müştərilərimiz və onların tələbatı fəaliyyətimizin əsasıdır”.
Coğrafi əhatə
Bu gün Embawood mağaza nöqtələri 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan və Ukraynada fəaliyyət göstərir. Əlavə olaraq, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur. Azərbaycanda 50-dən çox, Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə Embawood şirkətinə məxsus satış nöqtələri vardır.
Eyni zamanda Azərbaycan bazarında Madeyra adlı ikinci brendlə çıxış edən şirkətin bu brend adı altında 70-dən çox mağazası fəaliyyət göstərir.
İstehsal sahələri
İlk fabrikini Azərbaycanda qurmuş şirkətimiz bu gün dünyanın 4 ölkəsində cəmi 7 fabrikə malikdir. Fabriklərdə istehsal olunan məhsullar Orta Asiya, Cənubi Qafqaz, Şərqi Avropa ölkələrinə ixrac edilir.
Azərbaycan
Masallı Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı yumşaq mebel istehsal sahəsi, yaylı döşək istehsal sahəsi, melamin lövhə istehsal sahəsi, MDF profil istehsal sahəsi.
Xırdalan Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı kürsülü ofis mebeli istehsal sahəsi, özəl sifarişlə kürsülü ofis mebeli istehsal sahəsi, laklı fasad istehsal sahəsi, PVC fasad istehsal sahəsi.
Sumqayıt Mebel Hissələri Fabriki: melamin lövhə istehsal sahəsi; arxalıq istehsal sahəsi, light board istehsal sahəsi.
Gürcüstan
Tbilisi Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsal sahəsi; seriyalı yumşaq mebel istehsal sahəsi, PVC fasad istehsal sahəsi, direct forming fasad istehsal sahəsi. Qardabani Mebel Hissələri Fabriki: melamin lövhə istehsal sahəsi.
Ukrayna
Sambor Mebel Fabriki: seriyalı kürsülü ev mebeli istehsalı, laklı fasad istehsal sahəsi.
DomDream
DomDream online ticarət şirkəti olub Embawood şirkətinin nəzdində fəaliyyət göstərən alt şirkətidir. Ev mebeli, yataq dəsti, qonaq dəsti, ofis mebeli, ev tekstili, aksesuarlar, mətbəx mebelləri, çilçıraqlar, isıqlandırma çeşidləri DomDream şirkətinin satışını həyata keçirdiyi əsas məhsullardır.
Xoşbəxtlik enerjisi
Ərazisi kiçik, xarakteri böyük olan məmləkətimizdə yaxşının da, pisin də öz adı var. Xalqın dilindən pafos, təmtəraqlı sözlər işlədilmir. Xalq öz ehtiramını, etibar jestini bir kəlmə ilə “Yaxşı və ya pis” ifadəsi ilə bildirir. Vəssalam. Şirkətin təsisçisi Elşad Abbasov belələrindəndir. Yaxşı insan, xalqın etibarlı adamı olmağı bacardı. Özünün əqidəsi, əzmi, zəhmətkeşliyi, vicdanlılığı, mərhəməti, səxavəti, peşəkarlığı və savadı ilə. İlk növbədə onun rəhbərliyi ilə fəaliyyət göstərən “Embawood” şirkətlər qrupunun istehsalı olan məhsullar, böyük inam, könül rahatlığı ilə alınıb, rahatlıqla istifadə olunur. Bunlar hər bir tikilən evin, qurulan ailənin rahatlığı üçün nəzərdə tutulan könül xoşluğudu. Xoşbəxtlik enerjisidi. Ən böyük həqiqət düzlükdür. Hər işdə düzlük axtaranların vicdanı rahat olar. İnsaf imanın təməlidi. Vicdan isə böyük işlərin yol bələdçisi. 27 il bu böyük yola çıxmış bir şirkətin kredosu, vicdanı, halallığı əsas vəzifə meyarı görərək, bundan sonra da xalqını yeni keyfiyyətli, rahat, könül göz oxşayan məhsullarla sevindirməkdən ibarətdir.
Öz söylədikləri kimi
Dəyərlərimiz:
- Vicdanlılıq;
- Ənənələrə hörmət etmək və təkmilləşmək;
- İnam və məsuliyyətlilik;
- Məntiqlilik və peşəkarlıq;
- Təşəbbüskarlıq və kreativlik;
- Komanda işi və nəticəlilik;
- Açıqlıq və xeyirxahlıq;
- Sağlam həyat tərzi (bədən, ruh və idrak). İfadədə, loqoda bütün bunlara cavab verilir.
Elşad Abbasov fəaliyyətini bu xətdən başlayıb və əldə etdiklərini də bu yoluna borcludu. Bu yolda Sizə böyük uğurlar və geniş müştəri məmnunluğu, xeyir-duası arzusu ilə...
P.S. Bu dəyişən dünyanın dəyişməz prinsiplərini (vicdan, iman, etibar, səriştə...) özlərinə yol bələdçisi seçənlər uğurlu yolun yolçularıdı – Elşad Abbasov və təsisçisi olduğu “Embawood” şirkətlər qrupu onlardan biri olaraq.
Hürü Hacızadə
İcraçı direktor, yazıçı-publisist, “Qızıl qələm” mükafatçısı
Natiq Zabitoğlu
AJB-nin üzvü, “Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü, “Qızıl qələm” mükafatçısı