Premyer Liqa: “Neftçi” və “Sabah”ın səfər sınağı - AFİŞA


Azərbaycan Premyer Liqasında XXXI tur davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” “Sabah”ı qəbul edəcək. Hazırda meydan sahibləri 29 xalla 6-cı, qonaqlar isə 68 xalla 2-ci pillədə qərarlaşıblar.
Günün son oyununda “Neftçi” “Səbail”in qonağı olacaq. “Ağ-qaralar” 60 xalla 3-cü “dənizçilər” isə 21 xalla sonuncu - 10-cu sırada yer alıblar.
Azərbaycan Premyer Liqası
XXXI tur
22 aprel (şənbə)
16:00. “Turan Tovuz” - “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tovuz şəhər stadionu.
18:30. “Səbail” - “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena".
Qeyd edək ki, XXXI turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Kəpəz”lə 1:1, “Qarabağ” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Tura sabah keçiriləcək “Sumqayıt” - “Qəbələ” matçı ilə yekun vurulacaq.