“Həyat körpüsünün memarı müəllim”



“HEYDƏR ƏLİYEV 100”

“Həyat körpüsünün memarı müəllim”


Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.


                                                                                         Heydər Əliyev

                                                                                         Ulu Öndər


          Müəllim... Hər zaman hər kəsə nümunə göstərilən, başqalarının həyat yoluna işıq saçan, başqaları üçün ömrünü-gününü şam kimi əridən, nur paylayan, elm, savad, tərbiyyə verən müqəddəs bir varlıq...

          Müəllim peşəsindən söz açarkən bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin bir qiymətli kəlamını qeyd etməmək mümkün deyil: “Mən müəllim adından uca ad tanımıram”. Bu sözlər müəllim peşəsinə verilən ən gözəl qiymətdir. 

           Yüksək çinli məmuru da, həkimi də, mühəndisi də, iqtisadçını da yetişdirən, formalaşdıran, cəmiyyətə bəxş edən məhz müəllimlərdir. Müəllim peşəsi ilə bağlı dahilərdən birinin məşhur bir deyimini də xatırlatmaq yerinə düşər: “ Valideynlərim məni göydən yerə endirdi, müəllimlərim isə məni yerdən göyə qaldırdı.” Respublikamızda müəllim adını uca tutan nümunəvi və fədakar pedaqoq kimi tanınan dəyərli ziyalıların sayı kifayət qədərdir. Belələrindən biri də hazırda Sumqayıt şəhərində yerləşən Xocavənd rayon Əmirallar tam orta məktəbin təlim-tərbiyyə işləri üzrə derektor müavini Könül Hüseynovadır. Onu yaxından tanıyaq: 

           Hüseynova Könül Asif qızı 21 iyun 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 15 saylı məktəbin I sinfinə daxil olub. Yaşayış yerini dəyişdiyinə görə, 3-cü sinifdən etibarən təhsilini Sumqayıt şəhər 5 saylı orta məktəbdə davam etdirib. 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. 2003-cü ildən Bərdə rayonu Dəymədağlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənini tədris etməyə başlayıb. 

           2009-cu ildə ailə vəziyyəti ilə əlaqədar yenidən Sumqayıt şəhərinə köçüb. Həmin ildən Sumqayıt şəhərində yerləşən Xocavənd rayon Əmirallar tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirib. 2020-ci ildən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müvini vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var.

Könül Hüseynovanın ömür yoluna nəzər salarkən adamın qəlbini ancaq xoş hisslər bürüyür. Çünki Könül xanım hər zaman çalışqan , nümunəvi, vətənpərvər bir müəllim kimi tanınıb. Gənc nəslin yetişməsi, vətənə, millətə layiq övlad kimi böyüməsi naminə qaranlıqları nura boyamağı, zülmətlərə işıq salmağı bacarıb. O, nümunə davranışı, pedaqoji sahədə qazandığı iğirları ilə hər zaman ətrafdakılara örnək olub. Çalışdığı kollektivdə və məktəbin şagirdləri arasında böyük hörmət və nüfuz sahibidir. Çalışdığı məktəbin hər bir şagirdlərinin savadlı, tərbiyyəli, vətənpərvər ruhda böyüməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsi Könül Hüseynovanın ən böyük həyat amalıdır. 

           Könül xanım bu günə qədər gördüyü işlərlə keçdiyi mənalı ömür yolu ilə fəxr edə bilər. Ancaq onun savadına, bacarığına, potensialına yaxından bələd olanların yekdil fikri budur ki, Könül Hüseynovanın ən böyük uğurları hələ qabaqdadır. 

P.S: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra rus dilli ziyalıların çoxu köçüb getdi. Bu isə zamanın gərdişi idi. Yenilik çox vaxt dağıntılarla gəlir, sonra isə yerində   güllər bitir. Bu gün isə sevgi və fəxarət hissi ilə söyləmək gərəkdir ki, müstəqil Azərbaycanın hər mənada inkişafında öz dövlətinə, vətəninə, yurduna, elinə, obasına bağlı gənc ziyalı ordusu yetişir. Yeni Azərbaycanın mənəvi, ideoloji quruculuğunda yaxından iştirak  edən ziyalılarımızdan-gənc pedoqoqlarımızdan biridir Könül müəllimə. Çağdaş təhsilin inkişaf sürətini artırmaqda, şərtləndirməkdə, şöhrətləndirməkdə əlindən gələni edir. Çünki təhsilin ömrünü və şöhrətini uzadanların həm də öz ömürlərinin uzanacağına inanır belə əqidə sahibləri. 

           Ömrünüz uzun, üzünüz ağ olsun, Könül müəllimə! Yazının sərlövhəsi elə-belədən yaranmadı, doğrudan da müəllim mənəvi həyatın memarıdır...

      

                                                                                    Rizvan Əhmədli

                                                                                     “Qızıl qələm” mükafatı laureatı