ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO
27-may, 15:56 500 Gündəm / Cəmiyyət / Bölgə“Zəfəryolu.az” saytına üz tutub gələn şikayyətçinin Gəncə şəhər Abbas Səhət 3-cü mikrorayon, bina 21, mənzil 53-də yaşayan Hüseyinova Gülara Həsən qızıdır. İlk öncə onu da vurğulayım ki, Gülara xanım şəhid anasıdır, birinci Qarabağ döyüşlərində könüllü olaraq döyüşə yollanan şəhid Hüseyinov Vüqar Əziz oğlunun anasıdır. Gülara xanımın öz dediklərindən, sizə çatdırmaq istəyirik ki, bir ildir ki, Gəncə şəhər 2 nömrəli polis bölməsinin əməkdaşları Mehdiyev Elşən, generalın birinci müavini Niyammədin müəllim tərəfindən ailəsinə olunan haqsızlıqdan təzyiqdən sözün əsil mənasında cana yığılıb. Agbirçək anamız bildirir ki, təxminən bir il bundan öncədən 2 nömrəli polis bölməsinin əməkdaşları nəvəsi Hüseyinov Ülvin Vüqar oğluyla tez-tez münaqişələr yaradıb, onu təhdid edirlərmiş. Dəfələrlə polis əməkdaşları hətta Ülvin Vüqar oğlunun şəxsi əmlakına qanunsuz olaraq hasardan qalxaraq həyətə boylanırlarmış, sübut olaraq video göruntuləri Gülara xanım lazımı instansiya orqanlarına göndərərək nəvəsinin həyatından narahat olduğunu və nəvəsinin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmağına son qoyulması üçün məktublar ünvanlayıb. Bu ünvanlamadan sonra Gülara xanımı Gəncə şəhər polis bölməsinin rəisi bölməyə dəvət etmiş, işçiləri adından üzrxahlıq edərək onlara lazımı töhməti verdiyini və Gülara xanımında ağbirçəklik edib böyüklüyünü göstərərək onları bagışlamasını xahiş etmişdi. Gülara xanım da böyüklük göstərərək nəvəsini bir daha narahat etməməklərini nəzərlərinə çatdıraraq onları bagışladığını söyləmişdir. Həmin o, gündən şəhərdə şaiələr gəzməyə başlayıb ki, polis əməkdaşı Niyammədin və Mehdiyev Elşən, Ülvinin başına bir oyun açaçayıq ki, həyata gəldiyinə peşman olacaq kimi söz-söhbətlər gəzirmiş. Nəhayət ki, 20.05.2023 il təxminən saat 18:00 radələrində Gülara xanımın nəvəsi Vəlixuluflu adlanan ərazidə çayxanaya çay içmək məqsədiylə gəlmiş idarə etdiyi 10-DN-020 dövlət nömrə nişanlı Niva markalı şəxsi aftomobilini çayxananın qarşısında saxlayıb çay içmək məqsədiylə çayxanaya daxil olub. Qəfil çöldə partlayış səsi eşidib, çölə qaçaraq çıxıb avtomobilinin yaxınlığında baş vermiş hadisə nəticəsində avtomobilinin şüşələrinin qırılaraq töküldüyünü görüb.
Bu vaxt polis əməkdaşları Mehdiyev Elşən generalın birinci müavini Niyaməddin adlı polis əməkdaşı Hüseyinov Ülvin Vüqar oğluna yaxınlaşaraq avtomobilinə xəsarət dəydiyi üçün onlara birgə idarəyə gedib ərizə yazmaq lazım olduğunu bildirib, avtomobili ilə birgə Hüseyinov Ülvini bölməyə aparmışlar. Hüseyinov Ülvin polis əməkdaşlarının qurduqları qurğunun yalanlarına inanaraq bölməyə gətirilərək orda saxlanılmış və təxmini bir saat keçdikdən sonra polis məkdaşı Niyaməddin Hüseyinov Ülvinin yaxın dostu (kirvəsi) Əsgərov Anar Məhəmməd oğluna zəng edərək bildirmişdir ki, Hüseyinov Ülvinin ac olduğunu ona dönər və siqaret alıb gətirməsini bildirib. Əsgərov Anar polis nəfərinin dediyi kimi, dönər birdə siqaret alaraq bölməyə gəlmiş. Əsgərov Anar bölməyə yaxınlaşanda onuda aldadaraq polis bölməsinin müvəqqəti saxlanılma kamerasına salınıb. Halbu ki, Əsgərov Anar nə çayxanada olub nədə ki, orda olan partlayışın şahidi olub. Bundan xəbər tutan Hüseyinova Gülara xanım polis bölməsinə yaxınlaşıb nə baş verdiyini nəvələrinin hansı səbəbdən bölmədə saxlanıldıqlarını soruşsa da, lakin Gülara xanıma heç bir məlumat verməyərək hətta bölmənin həyətindən çölə çıxararaq bölmənin həyətinə girmək olmaz qadağandır ifadələrini işlədiblər. Gülara xanım söylədiyi kimi ona qarşı olan hörmətsizliyi görüb Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etmişdir və olanlar haqqında məlumat vermişdir. “102” xidmətinə zəng edilsə də Gülara xanıma heç bir məlumat polis idarəsindən verilməyib və “102” qaynar xətt xidmətinə zəng etdiyi üçün hələ bu günə kimi, heç bir tədbir görülmədiyini bildirir. Şəhid anası Gülarə xanım onu da bildirir ki, həbs olunan nəvəsi Hüseynov Ülvin Vüqar oğlunun avtomobilini bu günkü günə kimi qaytarmırlar, baxmyaraq ki, avtomobilə ziyan dəyib. Avtomobilin nə səbəbə saxlamaqları haqqında da məlumat vermirlər.
Şəhid anası Gülara xanım söylədi ki, nəvəm və kirvəsi Hüseyinov Ülvin və Əsgərov Anar polis əməkdaşları tərəfindən şantaj edilərək təzyiqlər göstərilir. Nəvəm Hüseyinov Ülvin may ayının 20-də həps olunub, o, gündən bu günə polis əməkdaşlarından kimsə nəvəmin telefonunu isdifadə edir.
Bir nənə kimi nəvələrimin həyatlarının təhlüklə altında olmasından çox qorxuram buna görə də üzümü cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova tutaraq, yalvararaq xahiş edirəm, bu işə biganə qqlmayın şəhid anası kimi, şəhid övladının şərlənərək kimlərinsə vəzifə başında oturması üçün ov edilməsinə imkan verməyin.
Şəhid anası Gülara Hüseyinovanın redaksiyamıza ünvanladığı məktubu olduğu kimi dərc edirik.
Baş verən hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad müəllimdən və Gəncə Şəhər Polis İdarəsinin mətbuat katibi Eşqin Qasımovdan qarşı tərəfin mövqeyin öyrəndik.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov: Məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, Ülvün Hüseynov və Anar Əsgərov ayrı-ayrı vaxtlarda qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilindiklərinə görə saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilib. Hər iki şəxsin üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman hər birinin üzərlərindən külli miqdarda narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
P.S. Qeyd etmək istəyirik ki, baş verən hadisələrlə bağlı ədalətli qərar veriləcək və günahsız olanlar azadlığa qovuşacaqlar.
Jalə Ağakişiqızı
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri
Əsgərov Anar Məhəmməd oğlunun 2015-ci ildə Latviyada uğur qazanaraq üçrəngli bayrağımızı ucaldarkən foto şəkillərini sizə təqdim edirik.

Share
Tweet
Share