Təşkilat sədri XIV Beynəlxalq İqtisadi Forumda iştirak edib.


İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyinin sədri Saleh Bağırov 18-19 may tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən XIV beynəlxalq iqtisadi forumda iştirak edib. KazanForum 2023 beynəlxalq təşkilatlar, hökumət orqanları, gənclər təşkilatları, maliyyə institutları, yüksək səviyyəli investorlar və iş adamları da daxil olmaqla 80 ölkədən olan nümayəndələri bir araya gətirdi. Forumun məqsədi İƏT ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki, təhsil, sosial və mədəni əlaqələri gücləndirməkdir.
Kazan Forumu Rusiya-Azərbaycan da daxil olmaqla 6 ikitərəfli konfransa ev sahibliyi edib. Forumda ümumilikdə 130 saziş və memorandum imzalanıb.