“Dünyaya açılan pəncərəmiz” adlı etwinning layihələri haqqında hesabat tədbiri keçirildi


9 iyun tarixində 193 nömrəli məktəbdə “Dünyaya açıan pəncərəmiz” adlı etwinning hesabat tədbiri keçirildi. Tədbirdə etwinning səfirləri Aliyə Ağayeva və İlahə Quliyeva iştirak etdilər. Məktəbin riyaziyyat və informatika müəllimləri Günay Hüseynzadə və Lalə Talıbova 2022-2023-cü tədris ili ərzində iştirakçı olduqları layihələr haqqında məlumat verdilər.      
Məktəbdə şagirdlər 2022-2023-cü tədris ilində 5 beynəlxalq layihədə iştirak ediblər. “Dramath” layihəsi çərçivəsində Ondokuz universitetinin riyaziyyat müəllimi Esen Ersoy, qadın güləşçi Yasəmən Adar, Boğaziçi universitetinin riyaziyyat müəllimi Eser Dilsöz, 30000 müəllim içərisində ilk onluğa düşən müəllim Nurtən Akkuşla görüşüb, onların uğur hekayələri dinləmiş, onların qazandıqları uğurlarla bağlı müzakirələrdə iştirak etmişdir. Şagirdlər layihə müddətində gördükləri işlərdən, ortaq məhsulların hazırlanmasından, iştirak etdikləri görüşlərdən danışdılar.
Dinamik həndəsə: “Riyaziyyatın günəşli dünyası” layihəsi çərçivəsində şagirdlər simmetrik fiqurların xassələrindən istifadə etməklə geogebra alətində müxtəlif karikaturlar hazırlamışdır. 3D modelləri hazırlayıb, sinif otağında nümayiş etdirmişdir. Belə fəaliyyətlər şagirdlərdə fəza təsəvvürlərinin inkişafına təsir göstərir.
“Coding Math Games” layihəsi çərçivəsində şagirdlər müxtəlif riyazi oyunlar hazırlamış və siniflərdə sınaqdan keçirtmişdir.
“Exploring İnternational Mathematics” layihəsi çərçivəsində şagirdlər fərqli ölkələrdən olan şagirdlərlə birlikdə müxtəlif yarışlarda iştirak etdilər. Hər ölkədən olan şagirdlər hazırladıqları tapşırıqları digər ölkələrin şagirdlərinə təqdim etdi, nəticələr açıqlandı və təhlil edildi.
“Math with love” layihəsi çərçivəsində şagirdlər müxtəlif oyunlar, təqdimatlar, əyani vasitələr hazırladı.
Hər bir layihədə şagirdlər layihənin məzmununa uyğun ortaq məhsullar, təqvim, layihələrin başlanğıc və son anketləri tərtib edildi. Layihələr uğurla tamamlandı.
Tədbirdə şagirdlər riyaziyyatın sehri adlı müxtəlif tapşırıqlar yerinə yetirdi, fikir mübadiləsi aparıldı. Tədbirin sonunda məktəbin direktoru Nihal Hacıyeva gələn tədris ili üçün məktəbdə hər fənnə uyğun şagirlər arasından məktəbdaxili fəaliyyətə nəzarət və şagirdlərə dəstək üçün etwinning səfirlərinin seçiləcəyini bildirdi, Tədbir iştirakçıları təəssüratlarını bölüşdülər.
“Dünyaya açılan pəncərəmiz” adlı etwinning layihələri haqqında hesabat tədbiri keçirildi
“Dünyaya açılan pəncərəmiz” adlı etwinning layihələri haqqında hesabat tədbiri keçirildi
“Dünyaya açılan pəncərəmiz” adlı etwinning layihələri haqqında hesabat tədbiri keçirildi
“Dünyaya açılan pəncərəmiz” adlı etwinning layihələri haqqında hesabat tədbiri keçirildi
“Dünyaya açılan pəncərəmiz” adlı etwinning layihələri haqqında hesabat tədbiri keçirildi
“Dünyaya açılan pəncərəmiz” adlı etwinning layihələri haqqında hesabat tədbiri keçirildi
    
  facebook sharing button  Share
  twitter sharing button  Tweet
  mailru sharing button  Share
  odnoklassniki sharing button  
  telegram sharing button  
  whatsapp sharing button