PEŞƏ BAYRAMINIZ MÜBARƏK, HÖRMƏTLİ ZAUR DOKTOR!



Qasımov Zaur Şahlar oğlu – Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunu, 2015-ci ildən Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının psixatriya bölməsinin ordiantoru, 2018-2019-cu il tarixədək Türkiyə respublikası, Ankara şəhəri Sağlıq Elmləri Universiteti Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında ixtisaslaşma kursu keçmiş, 2021-ci ildə Müdafiə Nazirliyi Baş Klinik Hospitalının psixatriya bölməsinin rəisi, Azərbaycan Ordusunun baş psixatrı vəzifəsində çalışan ağ xalatlı fəxrimiz! Sizi 17 iyun Həkimlərin Peşə Bayramı münasibəti ilə komandamız adından təbrik edir, peşənizdə bol uğurlar, yeni-yeni qələbələr arzulayırıq.
Hz. Mühəmməd (s.ə.a.s) peyğmbərimizə görə müəllim və həkim Allahın insanlığa bəxş etdiyi ən böyük töhfədir. Müəllim insanı əqli, həkim isə fiziki cəhətdən sağaldır. Sağlam bədəndə sağlam ruh olar. Ruhun şəfası insanlığın sağlamlığıdır. Ağ xalatın müqəddəsliyi Allah dərgahında mələk simvolu olaraq dəyərləndirilir. Biz sizə - peşəkarlara qoruyucu mələklərimiz kimi baxırıq...

Hürü Hacızadə
Yazıçı-püblisist

Fərid Faiqoğlu
AJB-nin üzvü