Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elşad Həmidovun əziz xatirəsi anıldı
25-iyn, 13:34 191 GündəmBu gün İşgəncələr Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, Vətənpərvər İnsan, qanunun aliliyini əsas bilən, haqqı nahaqqın ayağına verməyən, dövlət və dövlətçiliyimizin mənafeyini hər şeydən üstün tutan mərhum Elşad Nəcməddin oğlu Həmidovun əziz xatirəsi yad edilib.
Xatirə günündə mərhumun məzarı ziyarət edilib və məzarın üstündə doğmaların və dostların iştirakı ilə dualar oxunub.
Mərhum Elşad Həmidovun, şəhidlərimizin ruhuna dualar səsləndirilib.
Bu işdə təşəbbüs göstərən mərhumu yad edib hörmətlə andıqları üçün Elşad Həmidovun bacısı, "Merhemet.Tv"-nin baş direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükaftçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülnara xanım Həmidovaya minnətdarlıqlarını bildiriblər.
PS: Bildirmək istəyirik ki, mərhum tanınmış hüquq müdafiəçisi Elşad Nəcməddin oğlu Həmidov 24 iyul 1967-ci il tarixində Bakı şəhərində dünyaya gəlib. 1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad Universitetini İqtisadiyyatın Analizi ixtisası üzrə fərqlənmə ilə bitirib. Tanınmış bu elm ocağını bitirdikdən sonra, dövlət qulluğu olmaqla, ilk əmək fəaliyyətinə başlayıb.
Vəzifədə yüksəliş, rəhbər şəxslərin ixtisas dəyişməsi və ixtisas artırması məqsədilə, rəhbərlik tərəfindən Sank-Peterburq Dövlət Hüquq və Nəqliyyatda Prokurorluq Ali məktəbində təhsilini davam etdirməsi üçün göndərilib və həmin məktəbi də müvəffəqiyyətlə bitirib. Uzun illər Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. 2010-cu ildə Respublika Ağsaqqallar Şurasının mərhum sədri akademik Budaq Budaqovun dəvətilə, Şurada Baş hüquq-məsləhətçisi kimi çalışıb.
23 dekabr 2015-ci il tarixdən, 2007-ci ildən fəal üzvü olduğu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və fəxri lideri olub.
Ailəli idi, iki övladı ata yolunun layiqli davamçılarıdır.
Fərid Faiqoğlu
AJB-nin üzvü