ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASI SAATLARLA İŞIQSIZ QALDI - FAKT


Redaksiyamıza daxil olan məlumata əsasən bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasında saatlarla elektrik enerjisi dayandırılmışdır. Prezident cənab İlham Əliyev insanların sağlamlığını üstün bilərək səhiyyə ocaqlarımızı Avropa standartlarına uyğun yeni avadanlıqlarla təchiz etdirmişdir. Bununla yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən çağdaş səhiyyəmizin inkişafı üçün lazımi tədbirlər görməklə yanaşı xəstəxanalarımızın yenidən əsaslı təmir etdirir, lazımi avadanlıqlarla təchiz olunur. Milli səhiyyəmizi daima diqqət və qayğı göstərilmişdir.
Bunlara baxmayaraq yeni üslub və yeni avadanlıqlarla təchiz olunmuş Zaqatala Rayon Mərkəzi Xəstəxana bu gün qaranlığa qərq olmuşdur. Saatlarla elektrik enerjisinin verilişi dayandırılmışdır.
Görəsən bu neqativ halının yaranmasında müqəssir kimdir?
Araşdırmalarımız davam edir.
Daha ətraflı sizi tanış edəcəyik.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Zeferyolu.az