İsrailin müdafiə naziri Bakıdan paylaşım edib: “Azərbaycana səfərim qısa və uğurlu oldu”

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.
“Bakıdan sabahınız xeyir”, - nazir “Twitter” hesabında yazıb.
Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.