Çıxarışı olan torpaq başqasına satıldı: Vətəndaş əmisi oğlundan və bələdiyyə sədrindən şikayətçidir
16-iyl, 10:37 134 Gündəm / Bölgə“Xezerxeber.az” xəbər verir ki, belə bir iddia ilə Lənkəran rayon Parakənd kənd sakini İlham Nuriyev çıxış edib.
Onun sözlərinə görə, ailəsinə 1998-ci ildə verilən 93 sot kənd təsərrüfatı təyinatlı pay torpağının 40 sotu əmisi oğlu tərəfindən zəbt olunub. Pay torpağa 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən reyestır çıxarışı da verilib.
İ. Nuriyev iddia edir ki, reyestr çıxarışı verilən gündən torpağın yarısını onun əmisi oğlu Bayram Nuriyev qanunsuz çəpərə alaraq orada sitrus ağacları əkib.
Vətəndaş təkcə əmisi oğlundan şikayətçi deyil, o, kəndin bələdiyyə sədri Ələmşah Məmmədovdan da şikayətçidir. Onun torpağının bələdiyyə tərəfindən satıldığını iddia edir.
Torpağın hansı əsaslarla zəbt olunduğunu öyrənmək üçün qarşı tərəflə Bayram Nuriyevlə görüşdük. Bayram Nuriyev səslənən iddiaları qəbul etmədiyini, 40 sot torpağın 1995-ci ildən ona məxsus olduğunu bildirdi.
Hirkan Bələdiyyəsinin sədri Ələmşah Məmmədov isə bildirdi ki, İ. Nuriyevin torpağının bir hissəsinin bələdiyyə tərəfindən satılması əsassızdır və ona məxsus olan 93 sot torpaq yerindədir.
Mübahisəli torpaq məsələsinə baxılması üçün iş hazırda Şirvan İnzibati Məhkəməsindədir. Məhkəmənin qərarı növbəti ayda məlum olacaq və onda torpağın kimə məxsus olduğu bilinəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: