İlham Əliyev sabiq deputatı təltif etdi


Prezident İlham Əliyev Sudeif Bəşir oğlu İmamverdiyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 
Bununla bağlı President.az məlumat yayıb. 
Sərəncama əsasən, S.İmamverdiyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, S.İmamverdiyev Türk Ağsaqqalları Birliyinin sədri, sabiq deputat, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professordur.

Bizimlə əlaqə saxlayın