Azərbaycan Premyer Liqasında II tura start verilir - AFİŞA


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.
Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.
Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.
İlk turdan sonra hərəyə üç xalı olan komandalar 4-5-ci yerləri bölüşdürürlər.
Azərbaycan Premyer Liqası
II tur
12 avqust (şənbə)
18:00. “Araz-Naxçıvan” - “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Dalğa Arena”
21:00. “Zirə” - “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu, 21:00
Qeyd edək ki, turun “Qarabağ” - “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” - “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.