AVRO-2024: Bu gün seçmə mərhələdə beş oyun keçiriləcək - AFİŞA

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, iki qrupda beş matç baş tutacaq.
Ötən tur Latviyanı darmadağın edən Xorvatiya bu dəfə Ermənistanı sınağa çəkəcək. Portuqaliya Lüksemburqu, Slovakiya isə Lixtenşteyni qəbul edəcək.
AVRO-2024, seçmə mərhələ
VI tur
11 sentyabr
D qrupu
20:00. Ermənistan - Xorvatiya
22:45. Latviya - Uels
Xal durumu: Türkiyə - 10, Xorvatiya - 7, Ermənistan - 7, Uels - 4, Latviya - 0
J qrupu
22:45. Portuqaliya - Lüksemburq
22:45. İslandiya - Bosniya və Herseqovina
22:45. Slovakiya - Lixtenşteyn
Xal durumu: Portuqaliya - 15, Slovakiya - 10, Lüksemburq - 10, Bosniya və Herseqovina - 6, İslandiya - 3, Lixtenşteyn – 0.