Ərdoğan Liviyada baş vermiş təbii fəlakətlə əlaqədar paylaşım edib
12-sen, 11:14 97 Gündəm / Siyasət“Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin koordinasiyası ilə bu səhər Benqaziyə üç təyyarə reysi uçub”.
Bu sözləri özünün “X” sosial şəbəkə hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
Türkiyə lideri qeyd edib ki, Ankara Liviyada baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Benqaziyə 168 nəfərdən ibarət həyət, iki xilasedici qayığı, 170 çadır, 20 generator və digər zəruri yardım avadanlıqları göndərib.
R.T.Ərdoğan, həmçinin bildirib ki, AFAD-ın şəxsi heyətindən başqa Türkiyə Təhlükəsizlik Baş İdarəsinin və Jandarm Baş Komandanlığının əməkdaşları da Liviyaya ezam olunacaqlar.
Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.