“Qaraxanbəyli döyüşü” adlı sənədli filmi təqdimatı keçirildi- FOTOLAR
13-sen, 20:53 239 Gündəm / Cəmiyyət12 sentyabr 2023-ci il tarixində Trend.az agentliyində “Replay media”nın təqdimatında 44 günlük Vətən müharibəsi zamanı 1-ci mexanikləşdirilmiş tank taborunun Füzuli rayonunun Qaraxanbəyli kəndini azad etməsi haqqında “Qaraxanbəyli döyüşü” adlı sənədli filmi təqdimatı keçirildi.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi, bir dəqiqəlik sükutla torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi yad olundu.
Sonra mərasim iştirakçıları salamlandı, onlara “Qaraxanbəyli döyüşü” adlı sənədli film haqqında məlumatlar verildi. Birinci taborun qazi komutanı mayor Elçin Allahverdiyev bildirdi ki, filmdə canlı döyüşlərdən kadrlar əks olunub, onun komutanı olduğu taborun əsgər və zabitləri Qaraxanbəyli döyüşlərində şücaətliklə vuruşaraq qalibiyyət əldə ediblər. Filmin sifarişçisi şəhid Ruslan İmanquliyevin dayısı Ceyhun Səfərov bildirdi ki, bu filmi sifariş etmək Vətən müharibəsi bitən kimi çəkdirmək arzusu olub və elə həmin ildən filmidə istifadə olunan kadrları şəhid və qazilərin, sıralarımızda olan hərbiçilərin telefonlarındakı video çəklişləri yığaraq ərsəyə gəldiyini bildirdi: “Bu film dəyərli millət vəkili Aqil Abbasın müəllifi olduğu “Dolu” filimin davamıdır. O filmdə Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir, döyüşçülərimiz işğal olunmuş Qarabağımızdan tankla çıxırlar. “Qaraxanbəyli döyüşü” adlı sənədli filmində isə döyüşçülərimiz tankla Qarabağa girir və torpaqlarımızı azad edir.
Birinci taborun komutanı, ehtiyatda olan mayor Elçin Allahverdiyev filmin izah edərkən sanki bir daha ağır döyüşlərdə olduğunu dedi. “Film haqqında yüksək fikirdəyəm. Burada Azərbaycan əsgərinin, Azərbaycan zabitinin, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar verilir. Bu qəhrəmanlıqlardan nə qədər filmlər çəkilsə, kitablar yazılsa, nə qədər danışılsa az olar. Müharibənin canlı qəhrəmanı olaraq bildirirəm ki, düşmənin uzun illər bizə qarşı apardığı işğalçı siyasəti, düşmənçiliyi son qoyulmasının və ədalətin bərpa olunmasının vaxtı idi. Azərbaycan Ordusu bütün dünyaya necə mərd döyüşçü olduğunu göstərdi. Xalqımız Vətən müharibəsində qələbə qazandı və bütün dünyaya sübut etdi ki, necə güclü ordusu və güclü siyasətçi Ali Baş Komandanı var.”
“Replay media”nın rəhbəri, filimin rejissoru Ələkbər Hüseynov film haqqında maraqlı məlumatları çatdırdı: “Bizə bu filmi Ceyhun Səfərov sifariş etdi, canlı döyüş kadrları təqdim etdi. Bizdə filmi senariləşdirdik, quruluş verdik. Film boyu kadrlarda olan canlı döyüşləri, döyüş əmrlərinin icrasını tabor komandiri Elçin Allahverdiyev izah edir.
“Qaraxanbəyli döyüşü” adlı sənədli filmi “Youtube” platforması üzərindən maraqla izlənildi.
27 sentyabrda başlanan Vətən müharibəsində əsas zərbə istiqaməti Füzuli idi. İlk əməliyyatlardan biri Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhid komutan Həmdəm Ağayev və qazi komutan Elçin Allahverdiyevin 1-ci taboru tərəfindən keçirilirdi. Beləliklə, Azərbaycanın hərb tarixində ən qanlı savaşlardan olan Qaraxanbəyli döyüşünün adı həkk olundu. 34 şəhidi və 117 qazisi olan 1-ci mexanikləşdirilmiş tank taboru, itkilərə baxmayaraq, Azərbaycan Ordusunun şücaətini bütün dünyaya göstərə bildi.
“Replay media” nın təşkilatçılığı ilə hazırlanan “Qaraxanbəyli döyüşü” sənədli filmi əsgərlərimizin qəhramanlığını real kadrlar əsasında nümayiş etdirmək və şəhidlərimizin xatirəsini əbədiyyən yaşatmaq məqsədini daşıyır. Xatırladaq ki, sənədli filmdə istifadə olunan videomateriallar 1-ci taborun əsgərlərinin döyüş əsnasında çəkdikləri kadrlardır, məhz bu səbəbdən filmdə tam olaraq real döyüş şəraiti əks olunur.
Bundan əlavə, filmdə şavaşın dəqiq təsvirini, eləcə də əməliyyatın ab-havasını taborun qazi komutanı Elçin Allahverdiyevin dilindən də eşidilir.
“Qaraxanbəyli döyüşü” adlı sənədli filminə tədbirdə iştirak edən şəhid anaları əfsanəvi generalımız Polad Həşimovun anası Səmayyə Həşimova, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, kəşfiyyatçı leytenant Vüsal Muradovun anası Kəmalə Muradova, şəhid ailə üzvüləri, elm xadimləri, döyüşçü qazilər, bir sıra media nümayəndələri filmə baxaraq çox təsirləndilər və analoqu olmayan filimin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdilər.
“Qaraxanbəyli döyüşü” sənədli filminin təqdimatından sonra tədbirdə iştirak edən millət vəkil, yazıçı, jurnalist Aqil Abbas film haqqında fikirlərini bölüşdü:
- Fimin əsəryə gəlməsində çox əziyyət çəkilib, film mənə çox təsir etdi. Filimin rejissoruna, ideya müəllifinə eşq olsun. Şəhidlərimizə, qazilərimizə bu gür qiymət verib, onlara yaşadıb, şəhidlikdən sonra belə bir filimi ərsəyə gətirib. Bu filmi azərbaycanın bütün telekanallarında tez-tez göstərilməsi vacibdir. Böyüyən gənc nəsil bu cür filmlərə baxıb vətənpərvər olmalıdırlar, bu film qalibiyyətdən danışır, bu film hərb tariximizdən danışır. Burada göstərilən bütün kadrlar şəhidlərin və qazilərin çəkdikləri kadrlardı, bu Azərbaycanda ilkdir.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“XeberTıme.az”