Gənclər təşkilatlarının nümayəndələri üçün Sumqayıt şəhərində beynəlxalq layihələrin yazılması təlimləri keçirilib.
23-okt, 15:03 149 Gündəm / SosialLayihə müddətində 3 gün boyunca 25-dən çox gənclər təşkilatının 32 nümayəndəsi üçün müxtəlif təlimçilər tərəfindən layihələrin yazılması, məqsəd və vəzifələrinin müəyyən olunması, beynəlxalq donorlar və qrant layihələri ilə iş, layihələrin icra strategiyaları kimi mövzularda təlimlər keçirilib.
ADA Universitetinin dekanı Anar Vəliyev, “Sağlam Düşüncə” Gənclər Təşkilatının həmtəsisçisi Ramiz Əliyev və tədqiqat mütəxəssisi Günay Namazova tərəfindən baş tutan təlimlərdə mövzulara uyğun olaraq iştirakçılar qrup işləri, vörkşop və sessiyalarda iştirak etmiş, həmçinin qrup işlərinin təqdimatlarını etmişlər.
Qeyd edək ki, layihənin davamında NAYORA-nın sədri Azər Əliyev, Beynəlxalq əlaqələr və layihələr üzrə katibi Aysel Abudova tərəfindən Visegrad və Avropa Gənclər Fondunun qrant müsabiqələrinə layihələrin yazılma qaydası, layihələrin yazılması zamanı tərəfdaşlıqların araşdırılması, beynəlxalq tərəfdaşlıqların qurulması üçün ilkin hazırlıq sənədlərinin hazırlanması kimi mövzularda təlim və simulyasiyalar baş tutub, iştirakçıların ünvanladıqları suallar cavablandırılıb.
Layihə Danimarka Milli Şurasının dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.
Fərid Faiqoğlu
AJB-nin üzvü
Layihə müddətində 3 gün boyunca 25-dən çox gənclər təşkilatının 32 nümayəndəsi üçün müxtəlif təlimçilər tərəfindən layihələrin yazılması, məqsəd və vəzifələrinin müəyyən olunması, beynəlxalq donorlar və qrant layihələri ilə iş, layihələrin icra strategiyaları kimi mövzularda təlimlər keçirilib.