Əli Əsədov Qazaxıstanın baş nazirinə başsağlığı verib
28-okt, 14:10 97 Gündəm / SiyasətOktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qazaxıstanlı həmkarı Əlixan Smailova başsağlığı məktubu göndərib.
Ə.Əsədov qeyd edib ki, Karaqandada şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan itkisi xəbərini dərin təəssüf hissi ilə qarşılayıb.
Məktubda Qazaxıstanın baş nazirinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.