Qazaxıstanın Respublikası günü münasibətilə Türkistan şəhərində keçirilən bayram tədbirlərində Azərbaycan, Türkiyə və Qazaxstan Respublikasının nümayəndə heyyətləri iştirak etdilər
28-okt, 16:37 97 Gündəm
Altaylardan başlayan-Balkanlara qədər uzanan çox böyük bir coğrafi məkanda yerləşən Türk dövlətləri, xalqları bir olmalıdırlar. Türk Dövlətləri başçılarının birgə keçirdikləri hər bir tədbir xalqlarımızı Dəmir yumruq kimi birləşdirir. Türkiyə Muharib Qazilər Dərnəyinin Başqanı Beyazit Yumuk, Türkiyə Harb Malulu Qazilər-Şəhid, Dul və Yetimlər Dərnəyi Başqanı Mustafa Işıq çıxışlarında Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaranmasının əhəmiyyətini vurğuladılar.
Qazax xalqını bayram münasibəti ilə təbrik etdilər. Qazaxıstan Respublikasının Veteranlar Birliyinin sədri Murad Muxamedjanov qonaqlara təbriklərə və xoş sözlərə görə təşəkkür etdi. O, xüsusi ilə qeyd etdi ki, Turan-Türk Dövlətləri Veteranlar Birliyinin gələcəkdə görəcəyi çox böyük işlər olacaq.
Fərid Səfərov
AJB-nin üzvü







