Qan ilə yazılan tarix - ƏFSANƏVİ TABOR.

Qan ilə yazılan tarix - ƏFSANƏVİ TABOR.
Qan ilə yazılan tarix - ƏFSANƏVİ TABOR.
Vətəni qarış-qarış azad edib bütövləşdirən,
qanlarını damla-damla tökdükləri Qarabağ
torpaqlarında üçrəngli bayrağımızı ucaldan,
başlarının daşını Qeyrət ağacıtək dikəldən
ŞAHBAZ İGİDLƏRİMİZ.
Sizin üçün darıxırıq...

Yazıçı-publisist Hürü Hacızadə və AJB-nin üzvü Fərid Səfərovun  
"Şeytanla əlbəyaxa" sənədli kitab - layihəsindən

Elə bilmə unudulub o günlər,
Hər xatirən bir sehrdir, bir sirdi,
Mizrabından ayrı düşmüş siməm mən,
Köklənmərəm, çalınmaram, ha dindir.

Kaş görəydim sən yaşayan yeri mən,
Bəxtəvərmiş kölgə kimi sürünən,
Elə sənsən gözlərimə görünən,
Qulağıma gələn doğma səsindi,
Köklənmərəm, çalınmaram, ha dindir.

Ruhundumu yenə çıxan qarşıma?!
Ürəyimdə başlar həzin boşalma,
Səma kimi saçlarımı oxşama,
Gözlərindən ürəyimə əsibdi,

Tək ömrümün yox mənası kədərsiz,
İndi necə mən sənsizəm, sən mənsiz,
Hərdən qəlbim bir kiməsədən xəbərsiz,
Məni deyib döyünürsən bəsimdi,
Köklənmərəm, çalınmaram, ha dindir.


Hürü Hacızadə
Yazıçı-publisist

Dizayn: Fərid Faiqoğlu