Prezident İlham Əliyev: “Fransa təkcə öz müstəmləkələrində deyil, Cənubi Qafqazda da sabitliyi pozur”


“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionumuzda - Cənubi Qafqazda sabitliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.
Dövlətimizin başçısı bildirib:
“(Fransa - red.) Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər göstərir”.