Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı AÇIQLANDI
14-dek, 21:37 92 Gündəm / Sosial“Report” xəbər verir ki, AMEA-nın Yer Elmləri bölməsi və RSXM-nin birgə iclası keçirilən iclası zamanı AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxışı zamanı deyib.
Professor Qurban Yetirmişli ilin əvvəlindən bu vaxta qədər qeydə alınan zəlzələlərin statistikasını da açıqlayıb.
Onun sözlərinə görə, ilin əvvəlindən bu vaxta qədər 84 seysmik stansiya vasitəsi ilə Azərbaycan və ona bitişik ərazilərdə 9 702, Azərbaycan ərazisində isə 4 548 zəlzələ qeydə alınıb. Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 83 zəlzələ olub. Azərbaycan və ona bitişik ərazilərdə 37 hiss olunan zəlzələ olub. Azərbaycan ərazisində bu il baş verən ən yüksək maqnitudalı zəlzələ Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il və 7 dekabr 2023-cü il tarixlərində Xəzər dənizində maqnitudası 5,6 olan zəlzələlər).