JALƏ AĞAKİŞİQIZI: MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN AD GÜNÜNÜZ MÜBARƏK!
24-dek, 00:30 91 Gündəm / Siyasət"Mən hər bir azərbaycanlının prezidenti olacağam!". Bu sözləri 20 il əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev xalqına ilk müraciətində demişdi. 2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faizi böyük inam hissi ilə İlham Əliyevi Azərbaycan Respublikasının dövlət başçısı seçdi. İlk gündən ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı dünya miqyaslı bütün yüksək tribunalarda təmsil etdi.
Ölkə başçısının prezident seçilməsindən düz 20 illik bir müddət keçir. Bu illər ərzində nə dəyişdi, nə əldə olundu, hansı problem və çətinliklərdən keçdik, bütün bunlar hamısı gözümüzün önündə baş verdi. Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun əsas güc mərkəzinə çevirdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı artdı.
Son 20 ili Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də açdığı yolun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi də xarakterizə etmək olar. Xüsusilə son yeddi ildə əldə edilən qələbələri qeyd etmək lazımdır. Hələ 2016-cı il Aprel döyüşlərində Lələtəpənin və Talış yüksəkliyinin azad edilməsi ilə başlayan ilk qələbə addımları böyük Zəfərə gedən yolun təməlini qoydu. Bunun da nəticəsi olaraq ötən illər ərzində xalqın etimadını qazanmaqla yanaşı, qarşıda duran əsas vəzifələrdən biri də işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bu məqsədlə də ölkə başçısı fəaliyyəti dövründə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük addımlar atdı. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Azərbaycan ordusu öz gücü sayəsində və Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına başladı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu.
Beləcə, Vətən müharibəsində qazandığımız Qələbə son 20 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 20 ilə nəzər salsaq görərik ki, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olmaqla bərabər əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Bu gün Azərbaycan keçdiyi yüksək inkişaf mərhələsi ilə yanaşı, həm də dünyanı azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Düşmən tərəfindən xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur bölgəsi dirçəlməyə başlayır. Torpaqlarımızın azad edildiyi ilk günlərdə ölkə başçısının dediyi sözlər artıq öz məntiqli nəticəsini tapır. Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağ cənnətə çevrilir. Bu yerlərdə aparılan irimiqyaslı tikinti-quruculuq işləri ilə bərabər, bölgənin təbii resursları və zəngin potensialı da dünyanın maraq dairəsindədir. Bütün görülən işlərin, həyata keçirilən mühüm layihələrin bir müəllifi, yaradıcısı var - ölkə başçısı İlham Əliyev.
Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində, cəmi bir günə ərazi bütövlüyümüz tam təmin edildi. Bu qələbələr Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını azad etməklə tarix yazdı. İndi şanlı bayrağımız Qarabağın bütün ərazilərində - Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu. Əldə olunan uğurlar qalib dövlət kimi ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, millətin milli qürur hissinin özünə qayıtması ilə də nəticələndi. İllərlə xalqın çəkdiyi əzab-əziyyətə, kədərə, həsrətə, torpaq-yurd itkisinə son qoyuldu. Bu qürurlu tarixi bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsinə canı-qanı ilə nail olan rəşadətli ordumuzdur. Şanlı qələbə ilə biz, tək regionda deyil, bütövlükdə dünyada kim olduğumuzu sübuta yetirdik. Bu illər ərzində əldə olunan uğurların, nailiyyətlərin məcrası daha böyükdür. Artıq Azərbaycan Qalib dövlət olmaqla yanaşı, həm də dünyada öz yeri, yüksək məqamı olan ölkədir. Bütün bunlar isə ötən 20 ildə çəkilən zəhmətin, əziyyətin bəhrəsidir.
Müzəffər Ali Baş komandan, sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bir yumruq kimi birləşərək həmişə sizi dəstəkləyəcək, bundan sonra da sizin köməyiniz, dayağıniz olacağıq. Mən qürur duyuram ki, sizin kimi Prezidentimiz var.
Yaşa Ali Baş Komandan, həmişə var ol!!!
Jalə Ağakişiqızı
"Zeferyolu.az"-ın rəhbəri