Şər və Böhtan yazanlara tutarlı cavab.
18-yan, 15:49 96 Gündəm / CəmiyyətYaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən Azərbaycan vətəndaşlarından söhbət açacam. O Azərbaycanlılar ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, hər bir işində yorulmaz və nümunəvi vətənpərvər eloğlular. Bu şəxslər kimidir? Bu şəxslər hər kəsin dostu sadə Azərbaycanlılar xeyriyyəçi iş adamı Üzeyir İsmayılovdur. Bu insanları hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə yanına gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir Azərbaycanın vətənpərvər eloğullarıdır. Bu insanlar, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı işdə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? xeyriyyəçi iş adamı Üzeyir İsmayılovun işgüzar nüfuzuna xələl gətirməyə çalışan, iş nüfuzuna müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir?
Üzeyir müəllim barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlumdur. Amma bu yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər Dövlətə -Dövlətçiliyə sədaqətlə xidmət edən, Qanunlarımızın aliliyini qorumağa çalışan Üzeyir müəllimin şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır . Görəsən həmin saytlar nəyə görə Üzeyir müəllimin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.
P.S. Zeferyolu.az olaraq bəzilərinin diqqətinə çatdırırıq ki, Üzeyir müəllimin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla vətənpərvər, öz işinin peşəkarı olan Üzeyir müəllimin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarakterli yazılara görə üzr istəyəcəklər.