İki övladı da xəstə olan ana fəryad edir: “Günlərdir meyvə istəyirlər, almağa pulum yoxdur”
26-yan, 12:10 87 GündəmBu barədə Oxu.Az-a onların anası Axirə Zamanova məlumat verib.
O bildirib ki, övladlarının ikisi də eyni xəstəlikdən əziyyət çəkir.
“Böyük qızım Arzunun 15 yaşı, kiçik qızım Dənizin isə 12 yaşı var. Onlar anadangəlmə kəskin trombositopatiya xəstəliyindən əziyyət çəkirlər. Demək olar ki, doğulduqları gündən müalicələr edirik. Bəzən imkan olmadığı üçün müalicəni saxlayırıq, bu zaman isə övladlarımın vəziyyətləri ağırlaşır”.
Axirə Zamanova övladlarına tək baxdığını deyib.
“Yoldaşım 2016-cı ildə vəfat edib. O gündən övladlarıma tək baxıram. Kirayədə yaşayırıq. İnanın, bir qarnı tox, bir qarnı ac böyütmüşəm övladlarımı. Əlimdən gələni etməyə çalışsam da, bəzən tükənirəm. Hazırda satmağa heç nəyim, borc almağa heç kimim qalmayıb. İnanın bir neçə gündür uşaqlar yeməyə meyvə istəyirlər, ala bilmirəm. Əlimdə olanı toplayıb müalicələrini etməyə çalışıram. Övladlarımın biraylıq müalicəsi üçün 1 000-1 500 manata ehtiyacımız olur. Xeyirsevən şəxslərdən bizə dəstək olmalarını, övladlarımın müalicələrində bizə kömək olmalarını xahiş edirəm”
Ailə ilə əlaqə: (070) 511-86-30.
Bank Respublika: 4244 4848 4387 3344.