Başın sağ olsun, Türkiyə! - Əsrin fəlakətindən bir il keçir
06-fev, 09:54 105 Gündəm / Dünya2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür.
Zəlzələ nəticəsində 53 mindən çox insan həyatını itirib.
Zəlzələ 11 vilayət, 124 rayon, 7 000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olub, 14 milyon insan təbii fəlakətdən birbaşa zərər çəkib.
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından etibarən azərbaycanlı xilasedicilər zəlzələ bölgəsinə ezam olundular. Eyni zamanda, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərildi.
Zəlzələdən zərər çəkmiş Türkiyəyə Azərbaycan dövlətinin yardımına bu bir il ərzində fasilə verilməyib. Hazırda Türkiyənin Kahramanmaraş şəhərində inşası davam edən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir.
Qeyd olunur ki, ərazidə 2 mindən çox yaşayış binası yerləşəcək ki, bunun da vəsaiti Azərbaycan dövləti tərəfindən təmin ediləcək.