Zəfərimiz davam edir
08-fev, 22:24 93 Gündəm / SosialAzərbaycan yenidən etibarlı əllərdə. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu çiçəkli Azərbaycan onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu günə qədər göz bəbəyi kimi qorunub və tam əminliklə deyə bilərik ki, bundan sonra da layiqincə qorunacaq. Ən böyük dövlətlər arasında imzası olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 07.02.2024 cü il tarixində 92 % səslə yenidən Azərbaycana Respublikasının
prezidenti seçildi. Onun seçilməsi milyonlarla insanın arzusu idi. Onlardan biri də Füzuli rayonunda doğulub boya-başa çatan Atakişiyev Rafiq Məhərrəm oğlu idi. Atakişiyev Rafiq iş adamı, dövlətini sevən, dövlət başçısına sadiq olan, hər zaman şəhid ailələrinə və qazilərə xidmət göstərən vətənpərvər insandı.
Öncə Ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda ucalan şərəfli büstü ziyarət olunub, önünə əklil qoyulub və ruhuna dualar oxunub. Daha sonra hər kəs Mirmövsüm ağa ziyarətgahına toplaşıb.
Rafiq Atakişiyev çıxış edərək bildirib ki, ən böyük arzum idi ki, İlham Əliyev yenidən prezident seçilsin və bunun üçün əlli qurban kəsəcəyimi niyyət etdim. Hər kəs kimi məndə arzuma çatdım. Daima cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirəm və bu gündən sonra da dəstəkləyəcəyəm. Düzgün seçim edən və hər zaman prezident İlham Əliyevi dəstəkləyən xeyirxah insan Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu çıxışı zamanı bildirib ki, mən də Rafiq Atakişiyev kimi arzuma çatdım. Yasəmən Qəyyumlu Rafiq Atakişiyevə xüsusi təşəkkürünü bildirib, müqəddəs ziyarətgahdan Azərbaycan xalqını prezidentimizin qələbəsi münasibətlə təbrik edib. Qurbanlar ən müqəddəs ziyarətgahlardan biri olan Mirmövsüm ağa ziyarətgahında kəsilib. Qurban payları şəhid ailələrinə, aztəminatlı ailələrə paylanılıb. Onlara dəyər verdiyi üçün şəhid ailələri və Ata Tv media qurumunun rəhbəri Rasafil Bayramov Rafiq Atakişiyevə minnətdarlığını bildiriblər.
Allah qəbul eləsin!
Fərid Səfərov
Birliyin mətbuat katibi