GÜCLÜ DÖVLƏT, QÜDRƏTLİ LİDER – TƏBRİK EDİRİK!

Möhtərəm İlham Heydər oğlu Əliyev cənabları.

Azərbaycan Respublikasının vətəndaşları üçün əlamətdar olan seçkidə qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm.

Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Sizi nüfuzlu, müdrik və uzaqgörən siyasi xadim, mükəmməl strateq, dərin təfəkkürə malik parlaq peşəkar dövlət başçısı kimi tanıyırlar. Siz ölkənizi onun maraqları ilə hamının hesablaşmalı olduğu böyük, güclü, qüdrətli dövlətə çevirmisiniz. Bu gün Azərbaycanda bütün nailiyyətlər Sizin adınızla bağlıdır və bu nailiyyətlər çox prinsipial, məsuliyyətli mövqeyiniz sayəsində əldə edilib.

Xahiş edirik, Azərbaycanın rifahı naminə ən xoş arzularımızı qəbul edin. Sizə uzun ömür, əmin-amanlıq, xoşbəxtlik, ölkənizin maraqlarının qorunmasında və vətəndaşlarınızın mənafelərinin təmin edilməsində uğurlar diləyirik.

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Namiq Məmmədov 

"Gəncə Şərab-2 ASC” şirkətinin rəhbəri