Tibb işçisi olmayan tibb məntəqəsi: Yenidən qurulan səhiyyə ocağının qapıları bağlı qalıb
18-fev, 11:02 140 Gündəm / Səhiyyə
Xezerxeber.az-ın məlumatına görə, söhbət Şamaxının Mərzəndiyə kəndində yərləşən tibb məntəqəsindən gedir.
Kənd sakinlərinin sözlərinə görə, məntəqə bir neçə il əvvəl yenidən qurulub. Lakin hələ də istifadəyə verilməyib.
Sakinlər bildirirlər ki, ən xırda narahatlıqda belə rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Kəndin mərkəzdən uzaq olması isə həm xəstəni çatdırmaq, həm də maddi baxımdan sakinlərə xeyli çətinlik yaradır.
Sakinlər deyirlər ki, tibb məntəqəsinin fəaliyyətə başlaması üçün aidiyyəti qurumlara da müraciət ediblər. Cavab olaraq isə kadr çatışmazlığı əsas gətirilib.
TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir. Burada iki ailə həkimi, yeddi tibb bacısı və bir mama çalışır. Mərzəndiyə tibb məntəqəsində isə həkim ştatı nəzərdə tutulmayıb. Burada tibb bacısı ştatına işə qəbul üçün elan verilsə də, heç bir müraciət daxil olmayıb. Bu səbəbdən də məntəqə fəaliyyət göstərə bilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Təhsil - Səhiyyə
daha çoxprev
next