Fransanın Ermənistana göstərdiyi dəstəyin təfərrüatı “Haber Global”ın süjetində
24-fev, 15:36 90 Gündəm / SiyasətErmənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Buna əsasən, Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək. Həmçinin yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Papikyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regiondakı vəziyyətdən asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam edəcək.
Bununla bağlı Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.
Süjetdə fransızlar ermənidən daha çox erməni adlandırılır. Eni zamanda, Paris hökumətinin ermənipərəst addımlarından, Ermənistana dəstək göstərməsindən, bu ölkəni silahlandırmaq niyyətində olmasından danışılır.
Ətraflı “Haber Global”ın süjetində: