Vəziyyəti ağır olan 11 aylıq körpə təcili əməliyyat olunmalıdır
25-fev, 12:12 110 Gündəm / SiyasətBu barədə Oxu.Az-a onun anası Sara İsmayılova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.
“Xədicə anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti isə günü-gündən ağırlaşır. Həkimlər xəstəlik inkişaf etsə, böyrək köçürülmə əməliyyatına ehtiyac olacağını deyirlər. Mənim övladım çox balacadır, bu əməliyyatı etdirmək üçün imkanımız da yoxdur. Hazırda övladımın müalicələrə ehtiyacı var. Yardımsevər şəxslərin dəstəyi ilə övladımın müalicələrini davam etdirə bilirik. Xədicənin müalicəsinin davam etməsi üçün hazırda 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Gənc ana Xədicənin onun tək övladı olduğunu qeyd edib:
“Xədicə mənim tək övladımdır. Onu itirməkdən çox qorxuram. Biz kirayədə yaşayırıq, yoldaşım isə kuryer kimi fəaliyyət göstərir. Yardımsevər şəxslərdən mənim körpə balama dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 472-57-84
Unibank: 5243 7544 4230 4711