Qarabağ Xronikası: Paşinyanın təhlükəli oyunları
02-mar, 11:17 89 Gündəm / SiyasətVerilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistanın Baş naziri Nikol Paşinyanın anti-Rusiya mövqeyindən bəhs edilib.
Qeyd edilib ki, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın qarşısında duran hədəf Azərbaycanla qısamüddətli müharibə yaradıb Rusiyanın və Rusiyaya meyilli “Qarabağ klanı”nın Ermənistan cəmiyyətində mövqelərini zəiflətmək olub:
“Nikol Paşinyan qarşısına qoyduğu və ya onun qarşısına qoyulan hədəfə çatdı. Qarabağda mövqelənən qeyri-qanuni silahlı birləşmələr və Azərbaycan-Ermənistan şərti sərhədindəki bölmələri vasitəsilə. Çoxsaylı təxribatlar 2-ci Qarabağ müharibəsi ilə nəticələndi”.
Jurnalist vurğulayıb ki, bütün bunlara baxmayaraq, Rusiya hələ də Ermənistanın əsas iqtisadi resurslarını nəzarət altında saxlayır:
“Gəlinən nəticə odur ki, N.Paşinyan qarşıda qoyulan hədəflərə çatmaq üçün 2020-ci ildə tətbiq etdiyi metodlara yenidən əl atır, süni gərginlik yaradaraq vəziyyəti silahlı qarşıdurma müstəvisinə çıxarıb Rusiyanın təhlükəsizlik qarantı imicinə sarsıdıcı zərbə endirmək üçün son hazırlıqlar görür. Bu işdə Ermənistan liderinə dəstək verən isə yenə də başda Fransa olmaqla Avropa Şurası Parlament Assambleyasıdır”.
Ətraflı Baku TV-nin süjetində: