Şamaxıda püskürən vulkan təhlükəlidir? - AÇIQLAMA + VİDEO
11-mar, 11:02 96 GündəmŞamaxıda palçıq vulkanı püskürüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda qeyd edilən məlumata görə, hadisə bir neçə gün öncə Şamaxının Məlikçoban və Göylər kəndləri ərazisində baş verib.
Məsələ ilə bağlı neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev Oxu.Az-a açıqlama verib:
“Məndə olan məlumata görə, artıq Şamaxıda vəziyyət sakitlikdir. Püskürən palçıq kütləsindən kiçik miqdarda axın olub, lakin onun kənd əhalisinə hər hansı bir təhlükəsi yoxdur. Respublika Seysmoloji Xidməti yeraltı təkanlar barədə yalnız ehtimalları bildirə bilər. Ona müvafiq olaraq da hansısa vulkan barədə tədqiqat aparıb, yekun nəticə demək olar. Sabah bizim əməkdaşlar sözügedən əraziyə gedəcək, vulkanı tədqiq edəcəklər.
Bu hadisə həmin vulkanın sayca beşinci püskürməsidir. Bu vulkan ilk dəfə 1926-cı ildə püskürüb. Dördüncü püskürmə 2019-cu ildə olmuşdu. 100 ildən çox bir müddətdə beş dəfə püskürən vulkan passiv hesab edilir və heç bir ciddi təhlükə ehtiva etmir”.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli