RUSİYA FEDERASİYASINDA KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNİN SON NƏTİCƏSİ.
18-mar, 10:41 164 Gündəm / SiyasətZALOV İMZA TV ALYANS-ın rəhbəri beynəlxalq hüquq eksperti İsmail Zalov və daxili məsələlər üzrə müavini Kamran Bağırzadə 15.03.2024-cü il tarixdən 17.03.2024- cü il tarixədək Rusiya Federasiyasının Moskva şəhərində prezident seçkilərində xarici müşahidəçi kimi iştirak etdilər. Müşahidələri 20 məntəqədə olmuş və vətəndaşların böyük həvəslə seçkiyə gəlib səs vermələrinin şahidi olmuşlar.
Müşahidə zamanı heç bir qanun pozuntusu aşkar edilməmişdir. Seçkilər tam şəffəf , obyektiv və demokratik keçirildi. Vətəndaşlar öz səslərini onlayn və bülütenlə verdilər.
Məntəqəyə gələ bilmiyən vətəndaşlar üçün isə xüsusi ayrılmış əməkdaşlarla daşınar qutudan istifadə edərək səs verməyə şərait yaradılmış və Rusiya Federasiyasının vətəndaşları öz layiqli namizədini seçdi həmin şəxs Vladimir Vladimiroviç Putin oldu.
Biz ZALOV İMZA TV ALYANS ADINDAN Vladimir Vladimiroviç Putini təbrik edir ona gələcək fəaliyyətində uğurlar arzu edirik və buna da əminik ki Rusiya Federasiyası Azərbaycan Respublikası ilə dostluq münasibətlərini daha da möhkəmləndirəcək.
ALYANSIN MƏTUAT ŞÖBƏSİ.