TDT Novruz bayramı münasibətilə türk dövlətlərini təbrik etdi


Türk Dövlətləri Təşkilatı (TDT) Novruz bayramı münasibətilə türk dövlətlərini təbrik edib.
Bu barədə TDT-nin rəsmi “X” hesabında türk və ingilis dillərində paylaşım edilib.
“Türk dünyasının əsrlərdən bəri ən mühüm ortaq mədəni irsi olan, baharın müjdəçisi sayılan  Novruz bayramınızı ürəkdən təbrik edir, bütün dünyada sülhə, qardaşlığa, birlik və həmrəyliyə səbəb olmasını arzu edirik”, - deyə paylaşımda bildirilib.

Bizimlə əlaqə saxlayın