Birinci Qarabağ Müharibəsinin şəhidi Məmmədrafil Ağakişiyev (1964-1994)
13-apr, 13:18 95 Gündəm / CəmiyyətAğakişiyev Məmmədrafil Muzafəddin oğlu 1964-cü il yanvar ayının 29-da Quba rayonu Növdün kəndində anadan olmuşdur. 1979-cu ildə Növdün kənd orta məktəbini bitirmişdir, sonra Bakı şəhəri 1 nömrəli ev tikmə kombinatında işləmişdir. 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ordudan təxris olunduqdan sonra yenidə doğma kollektivdə işləməyə başlayıb.
1993-cü ilin noyabr ayının 3-də könüllü olaraq torpaqlarımızın müdafiəsinə gedib. Məmmədrafil “Xətai” batalyonun könüllülər briqadasının tərkibində Ağdərə bölgəsində təcavüzkarlara qarşı cəsarətlə vuruşub, böyük nüfuz qazanaraq baş çavuş olub. 1994-cü ilin yanvar ayında bir qrup döyüş yoldaşlarıyla düşmən mühasirəsinə düşüb, bir həftə ac-susuz qalsalar da düşmənə təslim olmamışlar, əsl mərdliklə vuruşaraq mühasirəni yarıb çıxa biliblər. Papravend, Şotlanlı, Güllücə və başqa yerlər uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
1994-cü il aprel ayının 17-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lakin, iki gün nəşi mühasirədə qalır. Aprelin 19-da götürmək mümkün olur.
Aprelin 20-də Quba rayonu Növdün kənd qəbristanlığında dəfn olunub.
Fərid Faiqoğlu
AJB-nin üzvü