Əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı
10-iyn, 11:07 274 Gündəm
Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.





