Hansı partiyalar mandat qazana bilər? - Siyasi şərhçi
21-iyl, 10:45 52 Gündəm / Siyasət"Fikrimcə, hazırda parlamentdə təmsil olunan bütün partiyalar VII çağırış Milli Məclisdə yenidən təmsil oluna bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Onun fikrincə, bu seçkidə Milli Məclisdə təmsil olunacaq partiyaların sayı arta bilər:
"Bəzi müxalifət partiyalarının bu seçkidə Milli Məclisə düşmək şansı var. O cümlədən, Müsavat Partiyası və Azərbaycan Milli İstiqlal partiyaları yeni parlamentdə təmsil oluna bilər. Hər ikisi köklü partiyadır".
Qeyd edək ki, VI çağırış Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası 70, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası 1 deputatla təmsil olur. 41 deputat isə heç bir siyasi partiyanın üzvü deyil.
Bahar Rüstəmli