Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev
15-avq, 14:00 155 Gündəm / CəmiyyətSentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası davam edir.
Fim.az-a daxil olan məlumata görə Milli Məclisin 1, 2, 3, 4, 5 və 6-cı çağırış deputatı olmuş və yenidən 125 saylı dairədən namizədliyini irəli sürən, biznesmen deputat İmamverdi İsmayılov bu dəfə də qalmaqalla üzləşib.
Əldə etdiyimiz məlumata görə İmamverdi İsmayılov ötən gün Sumqayıt şəhərində bir qrup Qubadlılı və Zəngilan ziyalıları ilə görüş zamanı özünü hörmətə mindirmək üçün onlara pul paketi verməsi ciddi narazılığa səbəb olub. Belə ki, Qubadılılı və Zəngilanlı ziyalıların bir çoxu İmamverdi İsmayılova bildiriblər ki, belə bir addım atması səhv hərəkədir. Bundan başqa İmamverdi İsmayılov dairəsindən olan seçicilərə bildirib ki, iqtidarın yuxarı dairələrim ilə razılaşıb və o gələcəkdə Zəngilan və Qubadlı rayonlarında bəzi biznes işləri həyata keçirəcək və bir çox şəxsləri işlə təmin edəcək.
Deputatlıq mandatını hər zaman biznesini böyütmək üçün alan və istifadə edən İmamverdi İsmayılov Qubadlılı və Zəngilan ziyalılarını özü kimi bildiyi üçün onlara rüşvət vermək istədiyi deyilir. Məlumata görə İmamverdi İsmayılovun ziyaılara vermək istədiyi pul paketininin hər birində 1000 manat olub.
Qeyd edək ki, Onuda qeyd edək ki, İmamverdi İsmayılov Milli Məclisin ən varlı və LAL deputatları siyahısndadır.
Onun Sumqayıt şəhərində restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Həmçinin ölkənin müxtəlif bölgələrində müxtəlif biznes sahələrinə sahibdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.