Xalqımız Ulu Öndərin ideyalarına sadiqdir
20-avq, 21:40 43 Gündəm / Cəmiyyət2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Siyəzənin Gilgilçay qəsəbəsi, Yenikənd və Tağay kəndlərində seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərinə böyük inamla getdiyini, həmişə olduğu kimi bu dəfə də partiyanın namizədlərinin qələbə qazanacağına əminliyini vurğulayıb.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, uğurlu seçki kampaniyasının nəticəsi olaraq YAP bu seçkilərdə də böyük qələbə qazanacaq: “Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsi var. YAP-ın gücünün əsasını Ulu Öndər Heydər Əliyevin ideyaları təşkil edir. Xalqımız Ulu Öndərimizin ideyalarına sadiqdir. Çünki bu ideyalar inkişafımızın əsasını təşkil edir”.
Görüşlərdə çıxış edən Rahib Əkbərov, Yalçın Abdullayev və rayon ziyalıları uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
yap.org.az