Azərbaycan neftinin qiyməti 80 dolları ötdü
24-avq, 11:30 37 GündəmDünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.47 ABŞ dolları, yaxud da 1.85 % artaraq 80.87 ABŞ dolları təşkil edib.
"Brent” markalı neftin qiyməti 1.44 ABŞ dolları və ya 1.80 % artaraq 81.07 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.