Pezeşkian Rusiyaya səfər edəcək


İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. 
Bildirilir ki, Pezeşkian oktyabrın 22-24-də Kazanda baş tutacaq BRICS sammitində iştirak edəcək.
Məlumata görə, İran prezidenti sammitdə iştirakla bağlı Kremldən rəsmi dəvət alıb.