Müstəqilliyimiz əbədidir və dönməzdir!
15-okt, 15:14 36 Gündəm / CəmiyyətMəhərrəmov Təbriz Seyfəddin oğlu
Sumqayit şəhəri Vətənpərvər insan Xeyriyyəci iş adamı
Azərbaycan dövlət müstəqilliyini 20-ci əsrin əvvəlində əldə edib. 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı daha sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində milli azadlığından, dövlət müstəqilliyindən məhrum olmuşdu.
1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının üzvü olmuşdur. Ötən illər ərzində Müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənmişdir. Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”. Fəxr edirik ki, Ümummilli liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
Fəxrlə qeyd etməliyik ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın tam müstəqil siyasət yürütməsi, beynəlxalq enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və digər qlobal məsələlərdə öz sözünü deməsi kimi amillərdir. Dövlət başçısı, Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edir.
Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkə rəhbəri Azərbyacanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının təsdiq etdiyi proqramlar, iqtisadi islahatlar bunun bariz nümunəsidir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın, ən əsası qeyri-neft sektorunun inkişafı, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Qürur hissi ilə vurğulamaq lazımdır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məqsədyönlü fəaliyyəti sayəsində 30 ilə yaxın erməni daşnaklarının işğalı altında olan torpaqlarımız müzəffər Azərbaycan ordusu tərəfindən geri qaytarılmış, düşmənə döyüşlərdə sarsıdıcı zərbələr endirilmişdir.
Bu gün Şuşada, Zəngilanda, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.
Baş redaktor Natiq Zabitoğlu yazır:
PS: Məhərrəmov Təbriz Seyfəddin oğlu, Sumqayıt şəhərində və bölgənin tanınmış vətənpərvər insanlarından biri kimi tanınan iş adamıdır. Onun fəaliyyəti yalnız biznes sahəsi ilə məhdudlaşmır; o, həm də geniş xeyriyyəçilik fəaliyyəti ilə tanınır və Azərbaycan xalqının rifahı naminə bir çox layihələrdə iştirak etmişdir.
Təbriz Məhərrəmov, milli dəyərlərə sadiqliyi və ölkəsinin müstəqilliyinə olan sevgisi ilə seçilən bir şəxsdir. Onun vətənpərvərliyi, xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə özünü göstərmişdir. O, ölkəsinin təhlükəsizliyinə və inkişafına töhfə vermək üçün hər zaman fədakarlıq göstərmişdir. Xüsusən Qarabağ müharibəsi dövründə o, müxtəlif yollarla Azərbaycan əsgərlərini və şəhid ailələrini dəstəkləmişdir. Təbriz Məhərrəmov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasəti tam dəstəkləyir və bu siyasətlərin Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasına yönəldiyini vurğulayır.
Təbriz Məhərrəmov, geniş xeyriyyəçilik fəaliyyətləri ilə tanınır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycanın sosial cəmiyyətində mühüm rol oynamışdır. Xeyriyyəçi kimi o, xüsusilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqət göstərir. Onun bu fəaliyyətləri yalnız müharibə iştirakçıları ilə məhdudlaşmır; Təbriz müəllim həm də kasıb ailələrə, yetimlərə, ehtiyac içində olan insanlara dəstək verir. Təbriz Məhərrəmovun xeyirxah əməlləri, onun xalq tərəfindən böyük hörmət qazanmasına səbəb olmuşdur. O, hər zaman insanların problemlərinə həssaslıqla yanaşmış, onların həyatını yaxşılaşdırmaq üçün çalışmışdır.
Təbriz Məhərrəmovun Qarabağ məsələsinə xüsusi həssaslıqla yanaşdığı məlumdur. Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğuna dair dərin inancını hər zaman dilə gətirir və bu istiqamətdə görülən işlərdə yaxından iştirak edir. Qarabağda aparılan bərpa və quruculuq işlərinə dəstək verən Məhərrəmov, işğaldan azad edilmiş torpaqların yenidən canlandırılması üçün öz maddi və mənəvi töhfəsini vermişdir. Təbriz Məhərrəmov, yalnız iş adamı kimi deyil, həm də insani keyfiyyətləri ilə seçilən bir şəxsdir. O, hər kəsin layiqli həyat yaşaması üçün səy göstərir və bu məqsədlə daim yeni layihələr həyata keçirir. Təbriz müəllim, əməkdaşlarına motivasiya verərək onları daha böyük hədəflərə çatmaq üçün ilhamlandırır. Onun idarəetmə üslubu demokratik və açıqdır; bu da işçilərinin və ətrafındakı insanların ona olan hörmətini daha da artırır.
Beləliklə, Təbriz Məhərrəmov Azərbaycanın gələcəyi üçün fədakarlıqla çalışan bir vətənpərvər, iş adamı və xeyriyyəçidir. Onun fəaliyyəti cəmiyyətin müxtəlif təbəqələrinə böyük təsir göstərmiş və insanlar üçün bir nümunə olmuşdur.