LALƏ ZÜLFÜ QIZI HACIYEVA: DÖVLƏTƏ SƏDAQƏT, VƏTƏNƏ XİDMƏT


“Yaxşıya, yaxşı demək vicdan borcumuzdur!”


“Xezertv.info” informasiya agentliyi fəaliyyətdə olduğu müddətdən bu günə qədər Yeni Azərbaycan Respublikasının qurucusu və banisi Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərar tutaraq “Yaxşıya, yaxşı deməyi vicdan borcu hesab edərək” öz mövqeyimizi qoruyub saxlamışıq. Redaksiyamıza daxil olan məlumata əsasən Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsinin icra nümayəndəsi Lalə Zülfü qızı Hacıyevanın haqqında qərəzli və böhtan xarakterli məlumatın olması, doğrusunu desək bizi təəccübləndirdi. İllərdir peşəkarlığına, işgüzarlığına, Sumqayıt ictimaiyyəti arasında humanistliyi, xeyirxahlığı, ləyaqətli ilə seçilən bir Azərbaycan qadınının haqqında qərəzli növqedən çıxış edən bir vətəndaşın məqsədinin və məramının nədən ibarət olduğunu aydınlaşdırmaq üçün H.Z.Tağıyev qəsəbəsində ictimai rəy sorğusu apararkən Lalə xanım Hacıyeva haqqında söylənilən yüksək fikirli ifadələr bizi təəccübləndirmədi. Şübhəsiz ki, biz bu xanım haqqında, onun işgüzar fəaliyyətinin həmişə öndə olması, dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidməti ilə tanıdığımız üçün haqqında söylənilən böhtan xarakterli fikirlərin yalan olduğuna sübuta yetirmiş olduq. 

Qərəzli mövqedən çıxış edən vətəndaşın sözlərində yalan ifadələr qabarıq şəkildə özünü büruzə verirdi, çünki hansısa bir rayon, qəsəbə, kənd icra nümayəndəsinin həmin ərazilərdə aparılan tikinti işləri ilə əlaqəli icazə vermək səlahiyyətində deyil. Belə işlərə yerli icra hakimiyyətinin aidiyyatı şöbələri, memarlıq şöbəsi ixtiyarındadır. Məhz Lalə Hacıyevanın da vətəndaşın qeyd etdiyi H.Z.Tağıyev qəsəbəsindəki tikinti işlərinə icazə verməsi ixtiyarında deyil. Sözügedən tikintilər qanunu sənədləri ilə və aidiyyatı olan idarələrin razılığı ilə qanuni şəkildə inşa olunur. Yeri gəlmişkən biz də bu dövlətin vətəndaşları olaraq belə qərəzli mövqedən çıxış edən insanlara tövsiyyə edərdik ki, başı üzərində bir az da Allah sevgisinə söykənsinlər. Bu dövlətin inkişafına, quruculuq və abadlığına mane olan qara qüvvələr öz niyyətlərinə yetməyəcək. 

“Xezertv.info” informasiya agentliyinin yaradıcı kollektivi olaraq “Yaxşıya, yaxşı demək vicdan borcumuzdur!” devizi ilə...



Nail Amin Zaman

İcraçı direktor, 

“Qızıl Qələm” mükafatı laueratı