Vüqar Qurbanovdan yeni təyinat


Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

  Əmrə əsasən, Elnur Məzahir oğlu Abdullayev sözügedən vəzifəyə gətirilib.

Yeni direktor bu gün kollektivə təqdim edilib.

Elnur Abdullayev bundan əvvəl xəstəxanada direktor müavini-baş həkim vəzifəsində çalışıb.