Şahin Bağırov polkovnikə yeni vəzifə verdi


Xəbər verdiyimiz kimi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin Nümayəndəliyinin rəhbəri (attaşe) polkovnik Fuad Qasımov vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov polkovnik Fuad Qasımova yeni vəzifə verib.

Şahin Bağırovun müvafiq əmri ilə Fuad Qasımov komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini və rəis vəzifəsinin müvəqqəti əvəz edicisi təyin edilib.

Fuad Qasımov attaşe vəzifəsinə təyin edilməzdən əvvəl uzun müddət Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə çalışıb.

O, hazırda Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi olan general-mayor Sevda Şirinovanın adamı kimi tanınıb. Fuad Qasımov Dövlət Gömrük Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyində də yüksək vəzifələrdə çalışıb.

Xatıradaq ki, daxili işlər nazirinin sabiq müavini polis general-leytenantı Oruc Zalovun polkovnik oğlu Rəşad Zalov bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Əhməd