Almaniya və Fransa XİN rəhbərləri Aİ adından Suriyaya gedir: “Bu bir mesajdır”

Almaniya və Fransa XİN rəhbərləri Aİ adından Suriyaya gedir: “Bu bir mesajdır”
                Cümə günü Almaniya və Fransa xarici işlər nazirləri birgə Suriyaya gedərək ölkənin yeni hakimiyyəti ilə görüşəcəklər.
     Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir.
     Almaniya Xarici İşlər Nazirliyinin 3 yanvarda verdiyi açıqlamaya görə, Almaniya xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Dəməşqə səfər edəcək. Onlar üsyançıların lideri Əhməd əl-Şaraa ilə görüşəcəklər.
 

     "Fransalı həmkarımla və Aİ adından bugünkü səfərim suriyalılara bir mesajdır: Avropa və Suriya, Almaniya və Suriya üçün yeni siyasi başlanğıc mümkündür", - deyə Berbok bildirib.

     "Bizim məqsədimiz var və bu məqsəd milyonlarla suriyalının düşündüyü şeydir: Suriya yenidən beynəlxalq ictimaiyyətin hörmətli üzvü ola bilər", - o əlavə edib.
Qeyd edək ki, dekabr ayının sonunda Almaniya hökuməti Suriyaya yardım üçün ümumi dəyəri 60 milyon avro olan bir neçə layihəyə start verib.

     Alpər